ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərqdə İran tərəfindən
buraxılan bir neçə ballistik raket və dronun uğurla
zərərsizləşdirildiyini açıqlayıb.
CENTCOM iyunun 2-si və 3-də yaydığı bəyanatda bildirib ki, İranın
regiondakı qonşu ölkələrə doğru atdığı bir neçə raket nəzərdə
tutulan hədəflərə çatmayıb. Komandanlığın məlumatına görə, Bəhreynə
doğru atılan üç raket ABŞ və Bəhreynin hava hücumundan müdafiə
sistemləri tərəfindən
vurulub. Küveytə yönəlmiş iki raket isə ya
hədəfə çatmayıb, ya da uçuş zamanı parçalanıb.
CENTCOM həmçinin bildirib ki, ABŞ qüvvələri regional sularda mülki
gəmiçiliyi hədəf aldığı iddia edilən üç İran kamikadze dronunu
vurub. Buna cavab olaraq ABŞ, Hörmüz boğazındakı Qeşm adasında İran
hərbi qüvvələrinə məxsus yerüstü idarəetmə məntəqəsinə
"özünümüdafiə" zərbələri endirib.
Komandanlıq ABŞ hərbçiləri arasında xəsarət alan olmadığını
vurğulayıb. Həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun
(SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasının
qərargahına və regiondakı ABŞ aviabazasına uğurlu zərbələr
endirməsi barədə iddialarını təkzib edib.
CENTCOM X sosial şəbəkəsində əlavə edib ki, ABŞ qüvvələrini hədəf
alan İranın növbəti dron dalğası Küveyt səmasında
zərərsizləşdirilib, heç bir dağıntı və ya itki qeydə alınmayıb.
Küveyt ordusu da ayrıca bəyanatında hava hücumundan müdafiə
sistemlərinin düşmən raket və dronlarının qarşısını aldığını
bildirib, amma əlavə təfərrüat açıqlamayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.