2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasını üçüncü pillədə
başa vuraraq UEFA Konfrans Liqasına vəsiqə
qazanan "Turan Tovuz" klubu həmin turnirdən kənarlaşdırılıb. Qərar
iyunun 2-də Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) tərəfindən
qəbul edilib.
UEFA bu addımı atarkən Azərbaycan Futbol Federasiyaları
Assosiasiyasının (AFFA) 13 dekabr 2019-cu il tarixli qərarına
əsaslanıb. Həmin vaxt AFFA İntizam Komitəsi 2019-2020 mövsümündə I
Divizionda çıxış
edən "Turan Tovuz"un 7 futbolçusunu "danışılmış
oyunlar"a görə futboldan ömürlük uzaqlaşdırmışdı. Cəzalandırılan
şəxslərin məsələyə münasibətini öyrənmək mümkün olmayıb.
"Turan Tovuz" klubunun rəsmi açıqlamasında UEFA-nın bu qərarına
qarşı hüquqi mübarizəyə başlanacağı vurğulanıb:
"Qərarın dəyişdirilməsi və bütün idman prinsipləri
qorunaraq vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın
təmin edilməsi üçün bu gündən (iyunun 3-dən) etibarən bütün hüquqi
addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət
olunacaq".
Klub həmçinin bildirib ki, Konfrans Liqasına hazırlıq planlarında
heç bir dəyişiklik yoxdur:
"Bu ay komanda üzvləri bir
araya gələcək və Türkiyəyə təlim-məşq toplanışına
yollanacaq".
"Turan Tovuz" 2022-ci ildə yenidən Azərbaycan Premyer Liqasına
vəsiqə qazanıb. 2025/2026 mövsümündə liqanı üçüncü pillədə başa
vurub.
Çempionatın qalibi isə Masazırın "Sabah" klubu olub. "Sabah"
mübarizəyə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən
başlayacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.