Sarpi sərhəd məntəqəsində qanunsuz sərhəd keçmə ittihamı ilə 4 nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyi-nin Sərhəd Polisi üzrə Operativ-Tədqiqat Departamentinin əməkdaşları Gürcüstan dövlət sərhədini qanunsuz və qrup halında keçmək ittihamı ilə 4 nəfəri saxlayıblar.

Qurumun məlumatına görə, aparılan əməliyyat və istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər Sarpi sərhəd keçid məntəqəsi ərazisində nəzarət-buraxılış məntəqəsindən yan keçərək, həm piyada, həm də yük avtomobilində gizlənmə yolu ilə Gürcüstan dövlət
sərhədini qanunsuz şəkildə keçiblər.

Məlumata əsasən, saxlanılan şəxslərdən biri İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olub.

Qurum bildirir ki, həmin şəxslərə qarşı miqrasiya prosedurları həyata keçirilib və nəticədə onlar ölkədən deportasiya olunublar.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google