Fars körfəzində üç aydan çoxdur gedən qarşıdurma kütləvi istehsal
olunan ucuz silah sistemlərinin, xüsusilə dronların və sursatların
əhəmiyyətinin artdığını nümayiş etdirib.
Bunu AzadlıqRadiosuna "Mach Industries" müdafiə texnologiyaları
şirkətinin rəhbərlərindən olan Natan Diller deyib. Onun fikrincə,
bu münaqişə həm də ucuz silahlara qarşı bahalı müdafiə
texnologiyalarından istifadənin məhdud olduğunu göstərib.
Diller ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan
polkovnikidir. O,
AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğluna
müsahibəsində bildirib ki, bu münaqişə müttəfiq ölkələrin
hərbi-sənaye təchizat zəncirlərini gücləndirməsinin və istehsal
dayanıqlığını artırmasının vacibliyini üzə çıxarıb. O, mövcud
vəziyyəti Rusiyanın Ukraynaya qarşı müharibəsindən çıxarılan
dərslərlə müqayisə edib.
"Ucuz dronların və ucuz sursatların qarşısının çox bahalı
sistemlərlə alınmasına nəzər saldıqda görürük ki, bu dərsi kifayət
qədər sürətlə öyrənə bilmirik", – ABŞ prezidenti
Donald Trampın ilk prezidentlik dövründə Ağ evdə çalışmış Diller
deyib.
Keçmiş qırıcı təyyarə pilotu olan Diller ənənəvi hərbi imkanların
hələ də vacib olduğunu vurğulayır. Amma onun sözlərinə görə, yeni
texnologiyalar İran-İsrail qarşıdurmasının həm xərcini, həm də
müddətini azaldaraq çəkindirmə effektini daha tez yarada
bilərdi.
"Zavod silahın özüdür"
Diller bildirib ki, Ukraynadan Yaxın Şərqədək müxtəlif
münaqişələrdə pilotsuz sistemlərin tətbiqindən çıxarılan ən mühüm
dərs istehsal gücünün strateji aktivə çevrilməsidir:
"Məni təəccübləndirən odur ki, biz hələ də zavodun
silahın özü olduğunu tam dərk etməmişik".
Ekspertin fikrincə, ölkələrin hərbi texnikanı sürətlə istehsal edib
uyğunlaşdırmaq qabiliyyəti gələcək müharibələrdə və çəkindirmə
strategiyalarında həlledici amilə çevrilə bilər:
"Bir
ölkənin çevik zavod yaratmaq sürəti gələcəkdə çəkindirmə
qabiliyyətimizlə birbaşa əlaqəli olacaq", – o əlavə
edib.
Diller Fars körfəzi regionundakı vəziyyətlə bağlı deyib ki, İran,
İsrail və ABŞ arasında diplomatik təmasların davam etməsi və
genişmiqyaslı zərbələrdə fasilənin yaranması ehtiyatlı nikbinliyə
əsas verir: "Hər gün səmada raketlərin olmaması yaxşı haldır".
Bu müsahibədən əvvəl İsrail və İran aprel atəşkəsindən bəri ilk
dəfə bir-birinə qarşılıqlı zərbələr endirib. Sonradan hər iki tərəf
hücumları dayandırıb.
Siyasətçilər dəfələrlə pozulan atəşkəslərin artıq münaqişənin
özündən daha baha başa gəldiyini vurğulayırlar. Dillerin fikrincə
isə, müəyyən qeyri-müəyyənlik hərbi çəkindirmənin əsas
elementlərindən biri olaraq qalır.
"Strateji qeyri-müəyyənlik vacib
amildir", – o bildirib. Şirkət rəhbərinin sözlərinə
görə, rəqiblərin öz addımlarının nəticələrini tam proqnozlaşdıra
bilməməsi çox vaxt gərginliyin artmasının qarşısını alır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.