Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyunun 9-da
Rusiyanın Ukraynada işğalçı müharibəsi ilə əlaqədar 21-ci
sanksiyalar paketinin layihəsini təqdim edib.
Qurum Ukraynaya qarşı işğal və döyüş əməliyyatlarının bütün
iştirakçıları üçün Avropa İttifaqına girişin tam qadağan olunmasını
təklif edir. Qadağa 2022-ci ildən Rusiya Silahlı Qüvvələrində
xidmət etmiş bütün şəxslərə viza verilməsinin dayandırılması yolu
ilə həyata keçiriləcək.
Bundan başqa “kölgə donanması” adlandırılan daha 30 gəminin
sanksiya siyahısına salınması, 31 bankla əməliyyatların qadağan
edilməsi təklif olunur. Müxtəlif avtomobil ehtiyat hissələri və
balıq məhsullarının idxalına qadağa, aerokosmik sənayedə istifadə
olunan metallar və ərintilər sahəsində məhdudiyyətlərin tətbiqi,
daha 170 fiziki və hüquqi şəxsin qara siyahıya salınması da nəzərdə
tutulur.
Enerji sektorunda da yeni məhdudiyyətlərin tətbiqi gözlənilir.
Xüsusilə, Rusiya neftinə qiymət tavanı bir barel üçün 44,1 dollar
səviyyəsində dondurula bilər. Hazırkı qaydalara əsasən, dünya
bazarında neft qiymətlərinin artması səbəbindən bu limit yaxın
vaxtlarda yüksəlməli idi. Bu haqda Aİ-nin xarici siyasət məsələləri
üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
Sanksiyalardan yayınma hallarına qarşı, o cümlədən üçüncü ölkələrdə
fəaliyyət göstərən şirkətlərə qarşı da əlavə tədbirlərin görüləcəyi
gözlənilir. Digər detallar hələ açıqlanmayıb. Sanksiya siyahısına
salınması planlaşdırılan şəxslərin adları hələ bəlli deyil.
Aİ bundan əvvəl bildirmişdi ki, 21-ci sanksiyalar paketi iyunun
ortalarında təsdiqlənə bilər. Viktor Orban Macarıstanda seçkilərdə
məğlub olduğundan bu ölkənin əvvəlki kimi paketin qəbulunu
bloklamayacağı gözlənilir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.