İsrailin baş naziri Binyamin Netanyahunun ofisindən verilən
məlumata görə, ABŞ prezidenti Donald Tramp ona təminat verib
ki, Vaşinqton və Tehran arasında əldə olunacaq istənilən
razılaşmada İranın zənginləşdirilmiş nüvə materialları
ehtiyatlarının ölkədən çıxarılması bəndi mütləq yer alacaq.
Netanyahunun ofisi bu barədə iyunun 11-də "X" sosial şəbəkəsində
məlumat yayıb. Bildirilir ki, Tramp və Netanyahu telefon danışığı
zamanı İranla
danışıqlara başlamaq üçün hazırlanmış anlaşma
memorandumunu (MOU) müzakirə ediblər:
"İsrail bu
anlaşma memorandumunun tərəfi olmasa da, baş nazir prezident
Trampın öhdəliyini yüksək qiymətləndirib. Belə ki, danışıqların
sonunda əldə olunacaq yekun razılaşmaya zənginləşdirilmiş
materialların ölkədən çıxarılması, uranın zənginləşdirilməsi
infrastrukturunun sökülməsi, raket istehsalına məhdudiyyətlər
qoyulması və İranın regiondakı terrorçu proksi qüvvələrinə
dəstəyinin dayandırılması bəndləri salınacaq".
D.Tramp iyunun 11-də bəyan edib ki, Yaxın Şərqdəki müharibəyə son
qoymaq üçün İranla "möhtəşəm razılaşma" əldə olunub və sənəd artıq
bu həftəsonu Avropada imzalana bilər.
"İranın heç vaxt nüvə silahına sahib olmayacağı barədə
razılığa gəlmişik. Bütün bu prosesdən keçməyimizin əsas məqsədi də
məhz bu idi. Bu, çox böyük bir hadisədir", – Tramp Ağ
evdə jurnalistlərə açıqlamasında bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.