Gürcüstanın Daxili İşlər Nazirliyi “Dariali” sərhəd-keçid
məntəqəsinin neytral zonasında olan şəxslərlə bağlı yayılan
məlumatlara
və qurumun ünvanına səsləndirilən ittihamlara münasibət
bildirib.
Nazirliyin açıqlamasına görə, hazırda sözügedən neytral zonada 17
nəfər qalır. Məlumata əsasən, onların arasında qadın və ya uşaq
yoxdur. Həmin şəxslər Ukrayna vətəndaşı olduqlarını bildirsələr də,
sərhədi keçmək üçün tələb olunan etibarlı sənədlərə malik deyillər
və Gürcüstan
dövlət sərhədindən keçid üçün müəyyən edilmiş
tələblərə cavab vermirlər.
Daxili İşlər Nazirliyinin izahına görə, dövlət təhlükəsizliyi
maraqları nəzərə alınaraq bu şəxslərin ölkəyə daxil olmasına icazə
verilmir. Bildirilir ki, onların cinayət keçmişi var və ağır və ya
xüsusilə ağır cinayətlərə görə məhkum olunublar.
Nazirlik qeyd edir ki, “Dariali” yaxınlığında olan Ukrayna
vətəndaşlarının böyük hissəsi vətənlərinə könüllü qayıtmaq
istədiklərini bildirmişdi. Gürcüstan Daxili İşlər Nazirliyi ilə
Ukrayna tərəfi arasında aparılan uzunmüddətli danışıqlar
nəticəsində həmin şəxslər üçüncü ölkə üzərindən Gürcüstanı artıq
tərk ediblər.
Qurumun məlumatına görə, hazırda neytral zonada qalan 17 nəfərin
təhlükəsiz, təşkilatlanmış və könüllü şəkildə geri qaytarılması
məsələsi ilə bağlı Gürcüstan tərəfi Ukraynanın aidiyyəti qurumları
və beynəlxalq təşkilatlarla intensiv danışıqları davam etdirir.
Daxili İşlər Nazirliyi bəyan edib ki, öz səlahiyyətləri
çərçivəsində bütün zəruri tədbirləri görməyə və Gürcüstan dövlət
sərhədində olan şəxslərin vətənlərinə qaytarılması prosesində
Ukrayna tərəfinə dəstək verməyə hazırdır.
Bununla yanaşı, qurum vurğulayır ki, müvafiq ölkənin səfirliyi və
beynəlxalq təşkilatların nümayəndələri ilə koordinasiya şəraitində
neytral zonada olan şəxslər ilkin zəruri ehtiyaclarla təmin
olunublar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.