Birinci Kanal: “Hadisə əməkdaşlar tərəfindən qeydə alınmayıb. Əks halda dərhal reaksiya verilərdi”
“Birinci Kanal” yayımçının canlı efirində “Mahnı Akademiyası” komandasının azyaşlı üzvlərindən birinin yıxılması ilə bağlı hadisəyə münasibət bildirib.

Yayılan bəyanatda qeyd olunur ki, görüntülərin yenidən yoxlanılması nəticəsində məlum olub ki, baş vermiş hadisə pavilyonda olan “Birinci Kanal” əməkdaşları tərəfindən qeydə alınmayıb. Əks halda, “bütün müvafiq tədbirlər dərhal görülərdi, o cümlədən zərurət yaranacağı təqdirdə canlı yayım da dayandırılardı”.

İyunun 9-da İctimai Yayımçının gündüz proqramında “Mahnı Akademiyası”nın uşaq xoru çıxış edib. Daha sonra media və sosial şəbəkələrdə layihənin azyaşlı iştirakçılarından birinin ifa zamanı özünü pis hiss etdiyini və ehtimal ki, huşunu itirdiyini əks etdirən videogörüntülər yayılıb.

Yayılan kadrlardan görünür ki, hadisəyə dərhal reaksiya verilməyib. Həmçinin uşağın nənəsinin paylaşımı da yayılıb. O, yazıb ki, uşaq üç dəqiqə ərzində yerdə diqqətsiz vəziyyətdə qalıb.

“Birinci Kanal”ın bəyanatında deyilir:

“Birinci Kanal həm azyaşlının valideynləri, həm də ‘Mahnı Akademiyası’nın rəhbərliyi ilə əlaqə saxlayıb. Bizim üçün heç bir televiziya və ya radio yayımı uşağın sağlamlığı və təhlükəsizliyindən daha vacib deyil. Buna görə də, belə hər hansı hadisə qeydə alınan kimi yayımçı müvafiq protokola və uşağın ən yaxşı maraqlarına uyğun şəkildə hərəkət edir”.

Bundan əvvəl “Mahnı Akademiyası” da bəyanat yayıb. Akademiyanın açıqlamasına görə, rəhbər şəxslər uşağın necə yıxıldığını görməyiblər. Onların sözlərinə görə, yalnız yıxılma səsini eşidiblər və “səs gələn istiqamətə baxdıqları zaman uşağı digər ifaçı yoldaşlarının arasında oturmuş vəziyyətdə görüblər”.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google