Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində təbii qazın verilişi
bərpa olunub.
“SOCAR” şirkətindən “Marneuli” radiosuna verilən məlumata görə,
təbii qaz artıq yerli paylayıcı şirkət olan “MamedGaz” MMC-yə
ötürülüb. “MamedGaz” şirkəti isə radiomuzun sorğusuna cavab olaraq
qazın abonentlərə verilməsinin bərpa olunduğunu təsdiqlədi.
Qeyd edək ki, Qızılhacılı kəndinə 9 iyundan etibarən təbii qazın
verilişi dayandırılmışdı. Gürcüstanın Energetika və Su
Təchizatı
üzrə Milli Tənzimləmə Komissiyası (Semek) bu vəziyyətin səbəbi kimi
“MamedGaz” MMC-nin qanunsuz və qaydalara zidd fəaliyyətini
göstərmişdi.
Komissiyanın məlumatına görə, kənd sakinlərinin maraqlarının
qorunması və fasiləsiz qaz təchizatının təmin edilməsi məqsədilə
“Semek” “SOCAR Gas Export-Import” şirkətinə müraciət edib və kəndə
qaz verilişinin bərpası həyata keçirilib.
Bildirilib ki, şirkət aylar ərzində qanunvericiliklə nəzərdə
tutulmuş öhdəlikləri yerinə yetirməyib və istehlakçılara verilən
qazın dəyərini “SOCAR Gas Export-Import” şirkətinə ödəməyib.
Nəticədə 600 min laridən çox borc yaranıb və bu səbəbdən qaz
təchizatı dayandırılıb.
Komissiyanın açıqlamasına görə, yaxın iclasda “MamedGaz” MMC-yə
xüsusi idarəçi təyin olunması məsələsi də müzakirə ediləcək. Məqsəd
uzunmüddətli perspektivdə Qızılhacılı əhalisinin təbii qazla
fasiləsiz və etibarlı şəkildə təmin edilməsidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.