Marneuli şəhərinin Yağlıca qəsəbəsində yerləşən uşaq bağçası
binasının qalan təmir işləri üçün keçirilən tender baş tutmayıb.
Məlum olub ki, satınalma müsabiqəsində iştirak etmək üçün heç bir
şirkət müraciət etməyib.
Marneuli meriyası həmin uşaq bağçasının reabilitasiyası üçün əlavə
olaraq 172 738 lari xərcləməyi planlaşdırır. Qeyd edək ki, bu
obyektin bərpası üçün artıq 277 298 lari xərclənib.
Hazırda yeni tenderin nə vaxt elan olunacağı məlum deyil.
Xatırladaq ki, Yağlıca qəsəbəsindəki uşaq bağçası 2022-ci ildə inşa
edilib. Layihə Qaçqınlar, Əmək, Sağlamlıq və Sosial Müdafiə
Nazirliyinin “İqtisadi iştirak, mənzil təminatı və məcburi
köçkünlər və ev sahibi icmalar üçün sosial infrastruktur” proqramı
çərçivəsində həyata keçirilib. Proqram Danimarka Qaçqınlar Şurası
tərəfindən, Almaniyanın İnkişaf Bankının (KfW) maliyyə dəstəyi ilə
icra olunub.
Lakin bağçanın binası hazır olsa da, bu günə qədər qapıları
uşaqların üzünə açılmayıb və bina istifadəsiz qalıb.
Marneuli yerli özünüidarəsi 2022-ci ildə Danimarka və Almaniyanın
dəstəyi ilə inşa edilən və uzun müddət fəaliyyətsiz qalan uşaq
bağçasının reabilitasiyasına 2024-cü ildə başlayıb. 2024-cü ilin
sentyabrında bələdiyyə bağçanın həyətinin abadlaşdırılması üçün 124
799 lari xərcləyib, 2025-ci ilin aprelində isə “Besthaus 2024” MMC
ilə 152 499 lari dəyərində müqavilə bağlanıb.
Marneuli meriyası 2026-cı il 28 may tarixində Yağlıca uşaq
bağçasının reabilitasiyası üçün daha bir tender elan edib. Yerli
hökumət bu mərhələdə yarımçıq qalmış təmir işlərini tamamlamaq üçün
əlavə olaraq 172 min 738 lari xərcləməyi nəzərdə tutur.
Buna baxmayaraq, sonuncu tenderə heç bir şirkətin qatılmaması
bağçanın açılışını yenidən sual altında qoyur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.