Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis
Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları külli
miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə
(reket) ittihamı ilə yetkinlik yaşına çatmayan şəxsi
saxlayıblar.
İstintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxs 2025-ci
ilin sentyabr ayından etibarən məktəb yoldaşını sistematik şəkildə
qorxudub, ona fiziki zorakılıq tətbiq edəcəyi ilə hədələyib. Bunun
nəticəsində zərərçəkmişdən
pul və qiymətli əşyalar alıb.
Araşdırma zamanı müəyyən olunub ki, zərərçəkmiş müxtəlif vaxtlarda
təqsirləndirilən şəxsə ümumilikdə 1 350 lari pul və 10 000 lari
dəyərində qızıl-zinət əşyaları verib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi kompleks əməliyyat-axtarış və
istintaq tədbirləri nəticəsində yeniyetmə təqsirləndirilən şəxs
qismində saxlanılıb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 181-ci
maddəsi ilə aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə
cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.