Marneuli bələdiyyəsinin məktəblərində birinci sinif şagirdlərinin
qeydiyyatının dördüncü mərhələsi başlayıb. Ümumi qeydiyyat prosesi
davam edir.
Şagirdlərin qeydiyyat platforması saat 09:00-da açılıb. Hazırkı
məlumata görə, Marneulinin altı təhsil müəssisəsində birinci
siniflər üçün ayrılmış yerlər ya tam dolub, ya da dolmaq üzrədir.
Bəzi məktəblərdə limitlər tamamilə tükənib, bəzilərində isə cəmi
bir neçə boş yer qalıb.
- Marneuli şəhərinin 5 saylı ictimai məktəbində birinci
siniflər üçün nəzərdə tutulan 75 yer tamamilə dolub və boş yer
qalmayıb.
- Marneuli şəhərinin 2 saylı ictimai məktəbində də həm
gürcü, həm də rus bölmələri üzrə qəbul limiti tamamlanıb. Burada
ayrılmış 75 yerin hamısı tutulub.
- Marneuli şəhərinin 6 saylı ictimai məktəbinin gürcü
bölməsində 100 şagird artıq qeydiyyatdan keçib və bütün yerlər
dolub. Hazırda bu məktəbin yalnız rus bölməsində 7 boş yer
qalıb.
- Yeni Dioknisi kənd ictimai məktəbində isə 25 yerlik
limitdən yalnız 1 yer boşdur.
Xatırladaq ki, qeydiyyat prosesi Təhsil İdarəetmə İnformasiya
Sisteminin rəsmi saytı olan registration.emis.ge platforması
vasitəsilə aparılır. Qeydiyyatı valideyn və ya qanuni nümayəndə
həyata keçirir.
Onlayn qeydiyyatdan sonra sənədlərin məktəbə təqdim olunması
mərhələsi başlayır. 6–17 iyul tarixləri arasında valideynlər və ya
qanuni nümayəndələr aşağıdakı sənədləri qeydiyyatdan keçdikləri
məktəbə təqdim etməlidirlər:
- ərizə;
- valideynin və ya qanuni nümayəndənin şəxsiyyət
vəsiqəsinin surəti;
- uşağın doğum haqqında şəhadətnaməsinin
surəti.
Şagirdin məktəbə qəbulu üçün tələb olunan bu sənədlər göstərilən
müddət ərzində, yəni 6–17 iyul tarixlərində təqdim edilməzsə,
uşağın onlayn qeydiyyatı avtomatik olaraq ləğv ediləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.