Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis
Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq
tədbirləri nəticəsində iki nəfər saxlanılıb.
Onlar odlu silahın qanunsuz alınması-saxlanılması, azadlığın
qanunsuz məhdudlaşdırılması və qəsdən adam öldürməyə cəhddə ittiham
olunurlar.
"İstintaqla müəyyən edilib ki, Tbilisinin Kurdiani
küçəsində yerləşən yaşayış evlərindən birində baş verən mübahisə
fiziki qarşıdurmaya çevrilib. Məlum olub ki, təqsirləndirilən
şəxslər bir nəfərin azadlığını qanunsuz olaraq məhdudlaşdırıblar,
odlu silahdan açılan atəş nəticəsində isə üç nəfər yaralanıb ki,
onlardan biri də elə təqsirləndirilən şəxsin özüdür",
- DİN-in bəyanatında bildirilir.
Qarşıdurma zamanı yaralılardan biri hadisə yerindən qaçmağa
çalışarkən yaşayış binasının eyvanından yıxılaraq həyatla bir araya
sığmayan xəsarətlər alıb. Digər iki yaralı isə müvafiq tibbi
yardımın göstərilməsi məqsədilə klinikaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bütün gecə boyu fasiləsiz
rejimdə apardıqları operativ-istintaq tədbirləri nəticəsində
cinayəti törədən hər iki şəxsi saxlayıblar. Polis cinayət aləti
olan silahı maddi sübut kimi götürüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236, 19-108 və 143-cü
maddələri ilə istintaq aparılır. Bu maddələr 15 ilədək və ya
ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.