Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğrayıb
Rusiya ordusu Tu-22M3 tipli daha bir strateji bombardmançı təyyarəsini itirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 15-də İrkutsk vilayətində planlı təlim uçuşu həyata keçirən, döyüş sursatı daşımayan Tu-22M3 eniş zamanı qəzaya uğrayıb.

Rəsmi məlumata əsasən, ekipaj üzvləri katapult etməyə nail olublar. Hadisə nəticəsində yerüstü dağıntıların olmadığı bildirilir. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.

Müstəqil Rusiyanın ASTRA
nəşri isə yerə düşərək alovlanan Tu-22M3 təyyarəsinin görüntülərini yayıb.


Rusiya ordusunun arsenalında 50-dən çox Tu-22M3 tipli strateji bombardmançı mövcuddur. Bu təyyarələr Ukraynaya qarşı aparılan müharibədə də istifadə olunur.

2025-ci ilin iyun ayında Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın bir neçə hərbi aerodromuna qarşı dronlarla həyata keçirdiyi və “Hörümçək toru” (“Pautina”) adı ilə tanınan əməliyyat zamanı digər hərbi təyyarələrlə yanaşı, bir neçə Tu-22M3 bombardmançısını da məhv etmişdi.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google