Aleko Elisaşvili: “Patriarx ölkədə baş verənlərə niyə reaksiya vermir?”
“Terror aktı törətməyə cəhd” ittihamı ilə həbs olunmuş siyasətçi, “Güclü Gürcüstan – Lelo” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili məhkəmə zalından çıxarılarkən belə deyib:

“Yeni patriarxımızdan soruşun, niyə bizim patriarx ölkədə baş verən heç nəyə reaksiya vermir? Bu qədər insan həbsdədir, insanlara işgəncə verilir, bunlar onu maraqlandırmır? Biz Mozambikdəyik?”

Hakim Qiorqi Qelaşvili ona bir neçə dəfə xəbərdarlıq etdikdən sonra Elisaşvilini məhkəmə zalından çıxarıb.

“Bu qədərinə dözmək artıq mənim üçün həddindən artıqdır! Məhkəməyə hörmətsizlik və təhqirə görə Aleko Elisaşvili məhkəmə zalından çıxarılır”,
– hakim Qelaşvili bildirib.

Bundan əvvəl Elisaşvili ekspert qismində dindirilən şahidə suallar verirdi.

“Borjomi meşə yanğını və ‘Uşaqlar Dünyası’ ticarət mərkəzinin yanması hadisələri ilə bağlı ekspert kimi hər hansı əlaqəniz olubmu?” – deyə o şahidə müraciət edib.

Ekspert bu suala mənfi cavab verib.

Növbəti sualı verməyə başlayarkən hakim ondan konkret sual verməsini tələb edib.

Elisaşvili isə cavabında deyib:

“Mənə danışmağa imkan vermirsiniz, fikrimi formalaşdırıram. Konteksti izah etmədən sualı necə verim? Xahiş edirəm, sözümü kəsməyin.”

Bundan sonra hakim onu məhkəmə zalından çıxarmaq barədə qərar verib.

Daha sonra vəkil hakimdən Elisaşvilinin hansı səbəbdən zaldan çıxarıldığını soruşub.

Hakim Qelaşvili cavabında bildirib:

“Onun məhkəməni təhqir etdiyi qədər indiyədək heç bir təqsirləndirilən şəxsə dözməmişəm.”

Vəkil yenidən soruşub:

“Sual verməyə imkan verin. O, sadəcə ‘xahiş edirəm’ ifadəsini işlətdiyinə görə çıxarılır?”

Hakim buna cavab olaraq:

“Təkcə buna görə deyil”, – deyib.

Bundan əvvəl edilən
xəbərdarlıqlardan birinə cavab olaraq Elisaşvili hakimə belə demişdi:

“Ürəyim partladı, elə qorxdum ki...”

Bu ifadədən sonra vəkil reaksiya verib, hakim isə bildirib ki:

“Mən heç kimi qorxutmuram. Sadəcə qaydalara əməl olunmasını tələb edirəm. Bu son xəbərdarlıqdır.”

Məlumat üçün qeyd edək ki, Aleko Elisaşviliyə Gürcüstan Cinayət Məcəlləsinin 19-323-cü maddəsinin birinci hissəsi ilə ittiham irəli sürülüb. Bu maddə terror aktı törətməyə cəhdi nəzərdə tutur və 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.

Bundan əlavə, ona həmin maddə üzrə daha bir epizod üzrə də ittiham irəli sürülüb. Bu ittiham terror məqsədilə törədilən partlayış, yanğın törətmə, insanlara hücum, silahdan istifadə və ya insanların həyatına son qoyulması, böyük maddi zərər vurulması və ya digər ağır nəticələr yaratmaq təhlükəsi doğuran hər hansı başqa hərəkətlə bağlıdır.

Bu əmələ görə də qanunvericilik 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.


Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google