“Gürcüstan Dəmir Yolları”nın keçmiş baş direktoru və daha 7 nəfər məsuliyyətə cəlb edilib
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin əməkdaşları Tbilisidə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq, saxta sənədlərin hazırlanması və istifadəsi, eləcə də qanunsuz gəlirlərin leqallaşdırılması faktları üzrə ümumilikdə 8 nəfəri cinayət məsuliyyətinə cəlb ediblər. Onlardan iki nəfərə ittiham qiyabi qaydada irəli sürülüb və barələrində axtarış elan olunacaq.

İstintaq “Gürcüstan Dəmir Yolları” ASC-nin keçmiş
rəhbər heyətinin fəaliyyəti dövründə həyata keçirilmiş əvvəlcədən təşkil olunmuş korrupsiya sxemi ilə bağlıdır. Məlumata görə, dövlətə məxsus böyük həcmdə əmlak dələduzluq yolu ilə mənimsənilib və sonradan ona qanuni forma verilib.

Araşdırmalarla müəyyən edilib ki, 2019-cu ilin payızında “Gürcüstan Dəmir Yolları”nın o zamankı baş direktoru David Peradze tərəfindən mütəşəkkil cinayətkar qrup yaradılıb. Qrupun məqsədi şirkətə məxsus qara metalın toplanması, daşınması və satışı zamanı onun real həcminin müəyyən edilməsini mümkünsüz etmək və sənədləşdirmə yolu ilə ona rəsmi xarakter vermək olub.


İstintaqa əsasən, prosesə şirkətin keçmiş və hazırkı əməkdaşları, eləcə də bir sıra sahibkar subyektlər cəlb edilib. Onların nəzarətində olan şirkətlər vasitəsilə tenderlər keçirilir, həmin tenderlər əsasında metalın daşınması və emalı həyata keçirilirdi.

Daha sonra dəmir yolu ərazilərindən metal tez-tez sayılmadan çıxarılıb, eyni zamanda saxta sənədlər hazırlanaraq onun mənşəyinə rəsmi görkəm verilib.

2020–2021-ci illərdə bu sxem nəticəsində 22 120 ton qara metalın dələduzluq yolu ilə mənimsənildiyi, onun satışından əldə edilən vəsaitin isə 17 391 121 lari təşkil etdiyi bildirilir. Vəsait müxtəlif şirkətlərin hesablarına toplanaraq qrup üzvləri arasında bölüşdürülüb.

İş üzrə ikinci epizod da müəyyən edilib – 2022-ci ildə relslərin təmiri işləri üzrə bağlanmış müqavilə çərçivəsində qəbul-təhvil aktlarında görülən işlərin həcmi süni şəkildə artırılıb. Nəticədə podratçı şirkət 403 844 lari həddindən artıq vəsait əldə edib.

İstintaqın məlumatına görə, ümumi cinayət sxemində saxta rəsmi və vergi sənədlərindən istifadə olunaraq qanunsuz gəlirlərin leqallaşdırılması həyata keçirilib.

İş üzrə araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 180-ci, 194-cü, 210-cu və 362-ci maddələri ilə aparılır və bu əməllərə görə 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Antikorrupsiya Agentliyi araşdırmanın davam etdiyini və cinayətkar qrupun digər üzvlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlərin görüldüyünü bildirib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google