Marneuli meriyası Milli Qida Agentliyinin heyvan sığınacağı tikməsi üçün torpaq sahəsi ayırıb

Marneuli bələdiyyəsində sahibsiz və evsiz heyvanlar üçün bələdiyyələrarası sığınacağın tikintisi planlaşdırılır.


Meriyanın məlumatına görə, layihənin icra mərhələlərini bələdiyyə meri Daur İsmayılov, birinci müavini Qiorqi Qodabrelidze, Milli Qida Agentliyinin İtlərin Hiperpopulyasiyasının İdarə Olunması Mərkəzinin rəhbər müavini Tsira Napetvaridze, ekspert Laşa Qeqeçkori və agentliyin Kvemo Kartli regional xidmətinin rəhbəri Miranqula Liparteliani ilə birlikdə müzakirə edib.

“Milli Qida Agentliyi
regionlarda heyvan sığınacaqlarının tikintisinə başlayır. Kvemo Kartli regionunda sığınacaq tikintisi məqsədilə Marneuli meriyası Milli Qida Agentliyinə Qızılhacılı inzibati vahidliyinin ərazisində yerləşən 9 917 kv.m. qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 3 il müddətinə müvəqqəti istifadəyə verib”,
– Marneuli meriyası yazır.

Layihəyə əsasən, kompleksdə müxtəlif təyinatlı binalar, qış və yay mövsümləri üçün ümumi yaşayış volyerləri, karantin zonası, inzibati bina, avtopark, suyun bioloji təmizlənməsi sistemi və digər zəruri infrastrukturlar yer alacaq.

Qızılhacılıda heyvan sığınacağının tikiləcəyi barədə məlumat yayıldıqdan sonra, Marneuli Bələdiyyə Məclisinin "Lelo" partiyasından olan üzvü Aqil Mustafayev narazılığını bildirib və meriyaya rəsmi ərizə ilə müraciət edib. Cəmiyyətin bir hissəsinin sözlərinə görə, Qızılhacılıdakı sığınacaq xoşagəlməz qoxuya səbəb olacaq.

Yerli özünüidarənin məlumatına görə, Milli Qida Agentliyinin nümayəndələri görüşdə izah ediblər ki, obyektdə təhlükəli tullantıların idarə olunması üzrə xüsusi proqram tətbiq ediləcək, hansı ki, bu, artıq Kaxeti və Şida Kartli regional sığınacaqlarında fəaliyyət göstərir.

Həmçinin qeyd olunub ki, obyekt üçün özünəməxsus qoxu xarakterik deyil, onun Tetritskaro bələdiyyəsinə gedən yoldakı yerləşmə yeri isə yaşayış məntəqələrindən tövsiyə olunan məsafədən qat-qat uzaqdır.

Görüş çərçivəsində iştirakçılar bələdiyyələrarası sığınacağın tikilməsi planlaşdırılan əraziyə də baxış keçiriblər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google