ABŞ və İran hərbi əməliyyatları dayandırmaq və Hörmüz boğazını
yenidən açmaq barədə razılığa gəliblər.
Amma İranın nüvə proqramı da daxil olmaqla, bir sıra fundamental
məsələlər hələ də müzakirə mövzusu olaraq qalır. Rəsmilərin
sözlərinə görə, tərəflər artıq çərçivə sazişini rəqəmsal formatda
imzalayıblar və rəsmi imzalama mərasiminin iyunun 19-da keçirilməsi
gözlənilir.
AzadlıqRadiosu keçmiş ABŞ diplomatı Cina Aberkrombi-Uinstanli ilə
əldə
olunan nəticələri, həllini gözləyən məsələləri və bundan sonra
nələrin izlənilməli olduğunu müzakirə edib. Hazırda Atlantik
Şurasında elmi işçi olan Aberkrombi-Uinstanli Yaxın Şərq
təhlükəsizliyi və strategiyası üzrə ixtisaslaşıb.
O, İranla əldə olunan sənədi diplomatik baxımdan "anlaşma"
adlandırmağı və "Anlaşma memorandumu" ifadəsini daha uyğun sayır,
çünki bütün məsələlər hələ tam razılaşdırılmayıb və bu, gələcək
sülh sazişinə aparan ilk addımdır. Anlaşmanın nə dərəcədə davamlı
olacağına gəlincə, keçmiş diplomat hesab edir ki, bir çox amil onun
pozulmasına gətirib çıxara bilər:
" Əvvəla, sözlərin
böyük çəkisi var. İran tərəfi boğazın onların nəzarətində
qalacağını və müəyyən ödənişlərin tətbiq edilə biləcəyini deyir.
ABŞ prezidenti və vitse-prezidenti isə boğazdan keçidin tamamilə
ödənişsiz olacağını bəyan edirlər. Amma "rüsum" çox konkret
termindir və yanaşmadan asılı olaraq, hər iki açıqlama eyni anda
doğru ola bilər. Çox güman ki, ortada fərqli yozumlar var. Rəsmi
yazılı mətni görməyincə isə, orada hələ də razılaşdırılmamış və
fərqli şərhlərə yol açan qeydlərin qalıb-qalmadığını dəqiq bilə
bilmərik".
Çətin məsələləri sonraya saxlamaq
ABŞ rəsmiləri bildirirlər ki, sənəddə ən çətin məsələlər, xüsusilə
də İranın nüvə proqramı ilə bağlı maddələr qəsdən sonraya
saxlanılıb. Bəs bu yanaşma diplomatik baxımdan necə izah olunur?
AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlunun bu
sualına cavabında Aberkrombi-Uinstanli deyib ki, İranın mövqeyindən
bu, əlbəttə ki, əlverişli yanaşmadır:
"ABŞ üçün isə bu, yəqin ki, qaçılmaz bir zərurət idi.
Çünki müxtəlif sızmalar göstərirdi ki, nüvə proqramı ilə bağlı
tərəflərin mövqeləri arasında heç bir ortaq nöqtə yoxdur. Belə
vəziyyətlərdə vaxt qazanmaq bir növ "etimad quruculuğu tədbiri"
sayılır: əvvəlcə razılığa gəlinə bilən məsələləri razılaşdırıb icra
edir, daha çətin mövzuları isə sonraya saxlayırsınız. Bu baxımdan,
nüvə məsələsinin təxirə salınması Vaşinqton üçün zəruri, Tehran
üçün isə arzuolunan idi, çünki iranlılar hələlik amerikalıların
tələb etdiyi güzəştlərə getməyə hazır deyildilər. Əgər dondurulmuş
vəsaitlərin açılması və ya sanksiyaların yumşaldılması sayəsində
İran öz iqtisadiyyatını bərpa edə bilsə, bu, tərəflər arasında
qarşılıqlı etimadı artırar və gələcəkdə daha mürəkkəb problemlərin
həllinə yol aça bilər", - keçmiş ABŞ diplomatı
bildirir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.