ABŞ prezidenti Donald Tramp bildirib ki, bu həftə İranla
imzalanacaq çərçivə sazişində Tehranın nüvə silahı hazırlamayacağı
və ya əldə etməyəcəyi "ucadan və aydın" şəkildə qeyd olunur.
"Mənim üçün gerçəkdən vacib olan yeganə məsələ İranın
heç vaxt nüvə silahına sahib olmamasıdır və saziş bunu aydın və
qəti şəkildə bəyan edir", – Tramp iyunun 16-da
Fransadakı G7
sammitində jurnalistlərə deyib.
Prezident xəbərdarlıq edib ki, əgər İran nüvə silahı əldə etməyə
cəhd göstərsə, "başına cəhənnəm yağacaq".
"İranla razılaşmanı əldə etmişik və inanıram ki, uğurlu
olacaq. Sonra ikinci mərhələyə keçəcəyik – bu, daha asan
olacaq", – Tramp bildirib.
İsraildən narazıdır
ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmilərinin sözlərinə görə,
ABŞ və İran üç aydır davam edən müharibəyə son qoymaq və Hörmüz
boğazını yenidən açmaq üçün iyunun 15-də anlaşma memorandumunu
elektron qaydada imzalayıblar. Sənədin iyunun 19-da İsveçrənin
Cenevrə şəhərində rəsmi mərasimlə imzalanacağı gözlənilir.
Tramp çərçivə sazişinin detalları barədə məlumat verməyib. Bu
sazişlə hazırkı atəşkəs rejimi 60 gün müddətinə uzadılır. Tərəflər
bu müddət ərzində münaqişəyə həmişəlik son qoyulması üçün
danışıqlar apara biləcəklər. Qeyd edək ki, müharibə fevralın 28-də
ABŞ və İsrailin İrana hava zərbələri endirməsi ilə başlayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 16-da xarici
jurnalistlərə verdiyi brifinqdə deyib ki, memorandumun "ən vacib"
maddəsi "Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin
dərhal və qalıcı şəkildə başa çatdığının elan olunmasıdır".
Tramp İsrailin Livanda "Hizbullah" hədəflərinə zərbələr endirməkdə
davam etməsindən və baş nazir Netanyahudan narazılığını
bildirib.
"Hizbullah" Livanın cənubunda geniş bir əraziyə nəzarət edən
silahlı qruplaşma və siyasi partiyadır. ABŞ onu terror təşkilatı
hesab edir, Avropa İttifaqı (Aİ) isə yalnız silahlı qanadını qara
siyahıya salıb.
Tramp iyunun 16-da G7 sammitində jurnalistlərə deyib ki, Netanyahu
ilə münasibətləri çox yaxşıdır, amma İsrail baş naziri Livan
məsələsində "daha məsuliyyətli" davranmalıdır.
Fərqli açıqlamalar gəlir
Sazişin məzmunu ilə bağlı ziddiyyətli siqnallar fonunda həm Tehran,
həm də Vaşinqton özünü qalib elan edib.
İranın "Mehr" dövlət xəbər agentliyi anlaşma memorandumunun 14
maddədən ibarət olduğunu bildirib. Agentliyin məlumatına görə,
sənəd nüvə məsələləri üzrə danışıqların aparılmasını və Tehrana
tətbiq edilən bütün sanksiyaların ləğvini nəzərdə tutur.
Vaşinqton isə bildirir ki, hər hansı hərtərəfli sülh sazişinin əsas
şərti İranın nüvə silahı əldə etməyəcəyinə zəmanət verilməsi və
Hörmüz boğazının gəmiçilik üçün açıq saxlanmasıdır Müharibə
başlayandan İran bu strateji boğazı faktiki olaraq bağlayıb, bu isə
enerji bazarlarında ciddi çaxnaşmaya səbəb olub.
Vaşinqton israr edir ki, memorandum çərçivəsində ilk 60 gün ərzində
boğazdan keçid tamamilə rüsumsuz olacaq, daha uzunmüddətli
mexanizmlər isə regional danışıqlarda müəyyən ediləcək.
Bununla belə, Hörmüz boğazından keçid üçün ödəniş məsələsi hələ də
aydın deyil. İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı
ilə tanınan "Fars" xəbər agentliyi yazıb ki,
"Fars
körfəzində gəmi hərəkətinin İranın Omanla əlaqələndirmə şəraitində
tənzimlənməsi qərara alınıb". Bu açıqlama Vaşinqtonun
sözləri ilə birbaşa ziddiyyət təşkil edir.
Təhlilçilərin fikrincə, müharibədən əvvəl dünya neft-qaz
tədarükünün təxminən beşdə birinin daşındığı Hörmüz boğazında
tranzitin tam bərpa olunması hələ həftələr çəkə bilər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.