Avropa İttifaqı (Aİ) Rusiyanın idxal məhdudiyyətlərinin təsirini
azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır.
Bu haqda “Financial Times” məlumatlı mənbələrə istinadla yazır.
Məlumata görə, Avropa Komissiyası “avtonom ticarət tədbirləri”
paketi üzərində işləyir. Plandan xəbərdar dörd mənbənin dediyinə
görə, Ermənistanın ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına
rüsumların azaldılması nəzərdə tutulur.
İldə 420 milyon avroluq məhsul
Təşəbbüsün Rusiyanın Ermənistana son parlament seçkiləri ərəfəsində
tətbiq etdiyi idxal qadağalarına cavab olaraq hazırlandığı
bildirilir. Brüssel hesab edir ki, bu məhdudiyyətlər ölkənin
qərbyönlü hökumətinə təzyiq göstərmək məqsədi daşıyıb.
Tədbirlərin qüvvəyə minməsi üçün Aİ-yə üzv dövlətlərin
əksəriyyətinin və Avropa Parlamentinin təsdiqi tələb olunur. İki
mənbənin sözlərinə görə, paket
Rusiyanın qadağa tətbiq etdiyi
təxminən 20 məhsul kateqoriyasının əksəriyyətini əhatə edəcək.
Həmin məhsulların illik dəyəri təxminən 420 milyon avrodur.
Digər iki mənbə bildirib ki, təkliflər yaxın həftələrdə təqdim
oluna bilər.
Rəsmilərin sözlərinə görə, Aİ xarici işlər nazirləri bazar ertəsi –
iyunun 15-də Lüksemburqda Ermənistanın xarici işlər naziri ilə bu
məsələni müzakirə ediblər. Aİ-nin genişlənmə üzrə komissarı Marta
Kosun da gələn ayın əvvəlində Ermənistana səfəri gözlənilir.
Moskvanın qadağaları
Ermənistanda 7 iyun parlament seçkiləri öncəsi Rusiya keyfiyyət
standartlarını əsas gətirərək bu ölkədən bir sıra malların bazara
girişini məhdudlaşdırıb. Ermənistanın baş naziri Nikol Paşinyan isə
bu addımlara cavabında bəyan edib ki, Yerevan Rusiyaya idxalı
qadağan edilən məhsulları Avropa İttifaqı bazarına çıxaracaq. O,
hökumətin Rusiyanın son qadağalarından zərər çəkmiş və haqsızlıqla
üzləşmiş bizneslərə subsidiya ayıracağını da bildirib.
Rəsmi Moskva yenə seçki ərəfəsində Ermənistana dönə-dönə xatırladır
ki, ölkə eyni vaxtda həm Avropa İttifaqı ilə münasibətlərini
dərinləşdirə, həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) qala
bilməz. Aİİ-nin digər üzvləri – Belarus, Qazaxıstan və Qırğızıstan
liderləri Rusiya prezidenti Vladimir Putinə qoşularaq Ermənistanda
referendum keçirilməsinə çağırırlar. Paşinyan isə Ermənistanın
Aİİ-də qalacağını bildirib.
7 iyun seçkisində hakim "Vətəndaş Müqaviləsi" Partiyası səslərin
təxminən 49.8 faizini toplayaraq 105 yerlik Milli Assambleyada 64
mandat qazanıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.