İran neftinin bazara qayıdacağı gözlənilir: Qiymətlər enir
İyunun 17-də dünya bazarlarında neft kəskin ucuzlaşıb. Qiymətlərin geriləməsinə səbəb İran neftinin tezliklə qlobal bazarlara qayıdacağı ilə bağlı yayılan xəbərlər olub.

Bununla da "Brent" markalı xam neftin qiyməti 80 dollarlıq psixoloji həddən aşağı düşüb. Bu, fevralın 28-də ABŞ-İran münaqişəsi başlayandan bəri qeydə alınan ən aşağı göstəricidir. Müharibədən əvvəl həm "Brent", həm də WTI markalı neftin
bir bareli 65-70 dollar aralığında ticarət edilirdi.

Yüksək vəzifəli ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton anlaşma memorandumu çərçivəsində İran neftinə sanksiyaları dayandıracaq. Bu isə bazara milyonlarla əlavə barel xam neftin daxil olması deməkdir.

HSBC bankının neft-qaz sektoru üzrə baş analitiki Kim Füstye bildirib ki, bazarlar Hörmüz boğazında daşımaların tam normallaşacağı ehtimalını yüksək qiymətləndirir. Bununla belə, maliyyə qurumu bu prosesin sentyabrın sonunadək davam edə biləcəyini proqnozlaşdırır.

Hörmüz boğazında təxminən üç ay davam edən məhdudiyyətlər qlobal neft ehtiyatlarının kəskin azalmasına səbəb olub. Hətta ABŞ-nin strateji ehtiyatları 1983-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.

İyunun 15-də ABŞ prezidenti Donald Tramp İranla müharibəni dayandırmaq üçün müvəqqəti razılaşma əldə olunduğunu elan edib. Bundan sonra neft 5 faiz ucuzlaşıb. Razılaşmanın tam detalları hələlik açıqlanmır.

İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 16-da bildirib ki, Tehran və Vaşinqton yekun razılığa nail olmaq üçün iyunun 19-da İsveçrədə yeni danışıqlar raunduna başlayacaqlar.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google