"Böyük Yeddilik" (G7) liderləri Fransanın Evian şəhərində keçirilən
sammitdə Ukraynaya dəstəklərini bəyan edərək,
Rusiyanın xüsusilə neft-qaz sektoruna qarşı sanksiyaları
gücləndirmək niyyətində olduqlarını bildiriblər. ABŞ, Böyük
Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya və Kanada liderləri
iyunun 17-də geosiyasi məsələlərə dair birgə bəyanat yayıblar.
Ukraynanın azadlığını, suverenliyini və ərazi bütövlüyünü
qorumasına "sarsılmaz" dəstək ifadə edən G7 liderləri Kiyevə hava
hücumundan
müdafiə vasitələrinin, əlavə zenit-raket komplekslərinin
və uzaqmənzilli silahların tədarükünü artırmağa razılaşdıqlarını
bildiriblər. Sənəddə Ukraynanın hərbi istehsalını genişləndirməsinə
imkan verəcək lisenziyaların ayrılması məsələsinin də nəzərdən
keçiriləcəyi vurğulanır.
"Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi artırmağı
öhdəmizə götürürük. Bu çərçivədə, neft-qaz sektoru daxil olmaqla,
sanksiyalarımızı daha da sərtləşdirəcəyik", –
bəyanatda bildirilib.
Sənədi ABŞ prezidenti Donald Tramp da dəstəkləyib. Onun
administrasiyası bir ildən çoxdur ki, Ukraynadakı müharibənin başa
çatdırılması üçün vasitəçilik etməyə çalışır. Vaşinqton bu müddət
ərzində Rusiyaya yeni sanksiyalar tətbiq etməkdən və Moskvaya qarşı
sərt ritorikadan çəkinirdi.
G7 liderləri iyunun 16-da Ukrayna prezidenti Volodimir Zelenskinin
iştirakı ilə keçirilən iclasda Ukraynadakı müharibəni müzakirə
ediblər. Zelenski həmçinin ABŞ prezidenti ilə ayrıca görüş keçirib.
Həm Ukrayna dövlət başçısı, həm də bir sıra diplomatik mənbələr bu
görüşlərin atmosferini müsbət qiymətləndiriblər.
Ukrayna ABŞ-dən öz ərazisində "Patriot" zenit-raket sistemlərinin
istehsalı üçün lisenziya verilməsini istəyir. Ukraynalı rəsmilər
"The Financial Times" qəzetinə bildiriblər ki, mövcud tədarüklər
kifayət deyil, çatdırılmaların gecikməsi səbəbindən Rusiyanın mülki
infrastruktura zərbələri daha da artıb.
"Prioritetlər aydındır: hava hücumundan müdafiə
raketlərinin sayının artırılması, onların istehsalına
lisenziyaların verilməsi, qış dəstək paketi və Rusiyaya təzyiqin
gücləndirilməsi. ABŞ-ın bu istiqamətlər üzrə dəstək nümayiş
etdirməyə hazır olması vacibdir", – Zelenski
çoxtərəfli görüşdən sonra sosial şəbəkədə yazıb.
Rusiyanın Zaporojyeyə zərbələrindən bir nəfər həlak
olub
İyunun 17-nə keçən gecə Rusiyanın Ukrayna ərazisinə buraxdığı 119
drondan 97-si vurulub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi
Hava Qüvvələri məlumat yayıb.
Rusiyanın Zaporojye şəhərinə endirdiyi zərbələr nəticəsində bir
nəfər həlak olub, daha yeddi nəfər isə yaralanıb. Zaporojye Vilayət
Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib ki, Rusiya
hərbçilərinin hücumları birbaşa mülki infrastrukturu hədəf
alıb.
"Bunlar yaşayış evləri, ofis mərkəzi və təhsil
obyektləridir – yəni hərbi infrastrukturla heç bir əlaqəsi olmayan
məkanlardır", – o qeyd edib.
Fyodorovun sözlərinə görə, zərbələr nəticəsində ofis mərkəzi
tamamilə yanıb, Zaporojye Milli Universitetinin fasadına ziyan
dəyib, pəncərə və qapıları sınıb. Bundan əlavə, beş çoxmərtəbəli və
dörd fərdi yaşayış evinə zərər dəydiyi bildirilir.
Sumı vilayətində isə atçılıq idman məktəbinin tövləsi zədələnib.
Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov məktəb
əməkdaşlarının xəsarət almadığını, amma atların tələf olduğunu
açıqlayıb.
"Ruslar şagirdlərin hər gün məşğul olduğu mülki obyektə
qəsdən zərbə endiriblər", – Qriqorov öz paylaşımında
yazıb.
"Su-24M" qəzaya uğrayıb, iki pilot həlak
olub
Ukraynanın Xmelnitski vilayətində "Su-24M" hərbi təyyarəsinin
qəzaya uğraması nəticəsində iki pilot həlak olub.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hadisə pilot və
şturmandan ibarət ekipajın Xmelnitski səmasında növbəti döyüş
tapşırığını yerinə yetirdiyi vaxt baş verib.
İlkin məlumatlara əsasən, mülki əhali arasında xəsarət alan və ya
hər hansı dağıntı qeydə alınmayıb.
Bundan əvvəl Xmelnitskinin yerli sosial media səhifələrində güclü
partlayış səsi və təyyarə qəzası barədə xəbərlər yayılmışdı. Amma
ilkin xəbərlərdə söhbətin "MiQ-29" qırıcısından getdiyi ehtimal
olunurdu.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.