Putinin karikaturalarını çəkən rəssam günün günorta çağı güllələndi - Tusk siyasi motivdən danışır
Polşanın baş naziri Donald Tusk Rusiya prezidenti Vladimir Putinin kəskin karikaturaları ilə tanınan rusiyalı rəssamın qətlinin böyük ehtimalla siyasi motivli olduğunu bildirib.

Tusk iyunun 17-də deyib ki, rəssam Semyon Skrepetskinin (əsl adı Robert Kuzovkov) öldürülməsi ilə bağlı bütün əlamətlər siyasi qətl versiyasını göstərir.

"Əgər bu qətl Rusiyanın sifarişi ilə törədilibsə, bu, artıq beynəlxalq miqyasda çox
ciddi bir məsələdir",
– Tusk əlavə edib.

Polşa rəsmi qurumlarının məlumatına görə, naməlum silahlı şəxslər iyunun 15-də səhər saatlarında ölkənin şərqində yerləşən Biala-Podlyaska şəhərində Skrepetskini tapança ilə üç dəfə vurublar. Rəssam yerə yıxıldıqdan sonra hücum edən şəxs ona yaxınlaşaraq daha iki dəfə atəş açıb. Polşa hökuməti rəssamın vaxtilə ona təklif olunan mühafizədən imtina etdiyini açıqlayıb.

Hadisə ilə əlaqədar iki Belarus vətəndaşı saxlanılsa da, sonradan sərbəst buraxılıb. Hazırda Polşa xüsusi xidmət orqanları araşdırmaları davam etdirir.

"France Press" agentliyinin yazdığına görə, bu hadisə ötən ilin payızında Polşa ərazisinə dronların düşməsi ilə gərginləşən Polşa-Rusiya münasibətlərində yeni bir böhran yarada bilər. Varşava həmin insidentlərə görə birbaşa Moskvanı məsul sayır.

Müxalifəti də tənqid edirdi
Skrepetski Putin, Ramzan Kadırov, keçmiş sovet lideri İosif Stalin, Ukrayna prezidenti Volodimir Zelenski və rusiyalı mərhum müxalifətçi Aleksey Navalnı da daxil olmaqla müxtəlif siyasi fiqurları hədəf alan sərt satirik əsərləri ilə tanınırdı. Onun ən məşhur işlərindən biri pravoslav ikonaları üslubunda hazırlanmış əsər idi. Həmin rəsmdə İsa Məsihi qucaqlayan Məryəmin yerində Stalinin Putini bağrına basdığı təsvir olunurdu.

Skrepetski 2021-ci ildə Rusiyada siyasi təqiblərdən ehtiyat etdiyini bildirərək Polşaya köçmüşdü. O, burada həm Rusiya müxalifətinin tədbirlərinə qatılır, həm də onları açıq şəkildə tənqid edirdi.

Bundan əvvəl də Rusiya hakimiyyətinin bir sıra tənqidçiləri xarici ölkələrdə – Böyük Britaniya, Almaniya və Litvada bənzər hücumların qurbanı olublar. Moskva isə bu sui-qəsdlərlə hər hansı əlaqəsinin olduğunu həmişə rədd edib.

AzadlıqRadiosunun rus xidmətinin yazdığına görə, onun ölümündən sonra sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələ qətlin motivindən çox, sifarişçilərin Avropa İttifaqı ölkəsində günün günorta çağı faktiki olaraq açıq edam həyata keçirə bilməsi olub. Bir çoxları qeyd edir ki, Skrepetski nə keçmiş QRU polkovniki Sergey Skripal, nə də çeçen səhra komandiri Zelimxan Xanqoşvili idi. Buna baxmayaraq, onun öldürülməsi Avropada siyasi motivli zorakılıq təhlükəsi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google