İtaliyada 12 yaşlı qızın intiharı: Valideynlər 'Meta' və 'TikTok'u məhkəməyə verdi
Cəmi bir neçə ay ərzində İren Rocero Uqes qızı Rossellanın davranışlarında kəskin dəyişiklik müşahidə edib. Ananın dediyinə görə, sosial şəbəkələrin qıza davamlı olaraq özünəqəsd mövzusunda kontent göstərməsi 12 yaşlı Rossellanı intihara sürükləyib.

Qızın ölümündən sonra İren və əri onun telefonunu, eləcə də digər cihazlarını aça biliblər. Məlum olub ki, Rossella sosial şəbəkələrdən valideynlərinin bildiyindən qat-qat çox
istifadə edib. Yeniyetmə 2023-cü ilin sentyabrında öz emosional vəziyyətinə uyğun depressiv kontent axtarmağa başlayıb, daha sonra isə sosial şəbəkə alqoritmləri həmin məzmunları ona davamlı şəkildə göstərib. Beş ay sonra o, həyatına son qoyub.

"Reuters" agentliyinin yazdığına görə, Rossellanın valideynləri İtaliyada "Meta" və "TikTok" şirkətlərinə qarşı kollektiv məhkəmə iddiası qaldıran ilk ailələr sırasındadır. Bu, İtaliyada sosial şəbəkə şirkətlərinə və onların alqoritmlərinə qarşı ilk kollektiv hüquqi təşəbbüs hesab olunur.

Zərərçəkən ailələr yetkinlik yaşına çatmayanların sosial şəbəkələrə çıxışına daha sərt məhdudiyyətlər qoyulmasını tələb edirlər.

"Meta" və "TikTok" isə bu iddiaları rədd edir. Hər iki şirkətdən bildirilib ki, gəncləri qorumaq üçün zərərli məzmunlar platformadan silinir, riskli materialların yayılması məhdudlaşdırılır və valideynlərə uşaqların hesablarına nəzarət etməyə imkan verən alətlər təklif olunur.

Avropada rəqəmsal platformalara nəzarət getdikcə artır. Böyük Britaniya bu həftə 16 yaşından kiçik uşaqlar üçün sosial şəbəkələrin tam qadağan olunması planlarını açıqlayıb. Avropa İttifaqının tənzimləyici qurumları da Rəqəmsal Xidmətlər Aktının tətbiqini gücləndirir, platformalardan azyaşlıların daha yaxşı qorunmasını və zərərli məzmunun dərhal məhdudlaşdırılmasını tələb edirlər.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google