"Reuters" xəbər verir ki, Yaxın Şərqdəki müharibəyə son qoymağı
hədəfləyən anlaşma memorandumu
(MoU) çərçivəsində ABŞ İrana neft və yanacaq satışını dərhal bərpa
etməyə icazə verəcək.
Sanksiyalardan möhlət neft satışları üçün zəruri olan bank,
nəqliyyat və sığorta xidmətlərini də əhatə edəcək.
Yüksək vəzifəli bir ABŞ rəsmisinin sözlərinə görə, memorandum
imzalandıqdan dərhal sonra bu müddəalar qüvvəyə minəcək.
Rəsmi mənbə "Reuters"ə bildirib ki, bu, "icraya əsaslanan
sazişdir". İran yalnız üzərinə götürdüyü öhdəlikləri yerinə
yetirəcəyi halda güzəştlərdən yararlana biləcək. Sözügedən
öhdəliklərə nüvə silahı əldə etməmək, zənginləşdirilmiş uranı
zərərsizləşdirmək və Hörmüz boğazında gəmiçiliyə mane olmamaq
daxildir.
ABŞ-İran anlaşma memorandumu hər iki tərəfdən artıq elektron
qaydada imzalanıb. İyunun 19-da iki ölkənin yüksək vəzifəli
rəsmilərinin bu sənədi İsveçrədə rəsmən imzalayacağı
gözlənilir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.