BOK rusiyalı idmançılara qoyulan qadağaları ləğv etdi
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinin (ROK) 2023-cü ildə dondurulmuş üzvlüyünü müvəqqəti bərpa edib. Qurumun iyulun 7-də yaydığı bəyanatda bu qərar rəsmən təsdiqlənib.

BOK-un məlumatına görə, Rusiya tərəfi Ukrayna Milli Olimpiya Komitəsinin yurisdiksiyasına daxil olan ərazilərdəki idman qurumlarını artıq öz tərkibindən çıxarıb və həmin bölgələrdə fəaliyyət göstərməyəcəyinə zəmanət verib.

BOK rusiyalı idmançılar və komandalar üçün
əvvəlki məhdudiyyətləri, o cümlədən neytral statusda yarışmaq tələbini ləğv edib. Komitə qərarını 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına seçmə mərhələlərin başlaması və bütün tərəflər üçün bərabər rəqabət mühitinin yaradılması zərurəti ilə izah edib. Bununla belə, Olimpiadada Rusiya bayrağı və himnindən istifadəyə icazə verilib-verilməyəcəyi məsələsinə daha sonra baxılacaq.

Bununla belə, Rusiyada konkret idman növləri üzrə yarışların təşkili müvafiq idman federasiyalarının ixtiyarına buraxılır. Həmin qurumlar Rusiya bayrağı və himnindən istifadəyə dair qərarları da müstəqil qəbul edəcəklər.

ROK-un üzvlüyü 2023-cü ilin payızında — Rusiyanın ilhaq etdiyi Ukrayna ərazilərindəki (Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri) idman təşkilatlarını özünə birləşdirməsindən sonra dayandırılmışdı. Rusiyalı idmançılar Ukraynadakı müharibədən əvvəl də dopinq skandallarına görə Olimpiadalarda neytral bayraq altında çıxış edirdilər. 2022-ci ildən sonra isə onların əksər beynəlxalq yarışlara qatılmasına əlavə qadağalar qoyulmuşdu.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google