Danimarka Baş naziri: Ukraynaya daha çox kömək etməli, Rusiyaya qarşı isə təzyiqi artırmalıyıq

Ukraynaya daha çox yardım etməli, Rusiyaya təzyiqi daha da artırmalı və bu müharibədə yeganə qalibin, əlbəttə ki, Ukrayna olmasını təmin etməliyik.


Bunu Danimarkanın Baş naziri Mette Frederiksen Ankarada jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir eyni zamanda Danimarkanın ərazi bütövlüyü və suverenliyi məsələsinə də toxunaraq vurğulayıb ki, Danimarka suveren dövlətdir və hər kəs onun ərazi bütövlüyünə və
suverenliyinə hörmət etməlidir.

"Mövqeyimiz aydındır – Qrenlandiya, əlbəttə ki, satılmır. Ümid edirik ki, bütün müttəfiqlər Qrenlandiya xalqının öz müqəddəratını təyin etmə hüququna hörmət edəcəklər. Biz suveren dövlətik və hər kəs bizim ərazi bütövlüyümüzə və suverenliyimizə hörmət etməlidir".

Danimarkanın Qrenlandiyanı hərbi yolla müdafiə etməyə hazır olub-olmaması ilə bağlı suala cavab verən Mette Frederiksen deyib:

"Biz NATO-nun hər qarış torpağını, o cümlədən öz ərazimizi müdafiə etməyə hazırıq. Əgər müttəfiqlərimizdən birinə nəsə baş verərsə, hamımız bir-birimizi müdafiə etməliyik. Nəzərdə tuturam ki, NATO-nun 5-ci maddəsi bizim təhlükəsizlik zəmanətimizdir", – deyə Danimarkanın baş naziri qeyd edib.

 

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google