Kareli bələdiyyəsində qanunsuz balıq ovu faktı aşkarlanıb
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin Şida Kartli Regional İdarəsinin əməkdaşları Kareli bələdiyyəsində qanunsuz balıq ovu faktı aşkarlayıblar.

Qurumun məlumatına görə, vətəndaş Kvenatkotsa kəndi yaxınlığında, Pçaze çayında elektrik alətindən istifadə etməklə qanunsuz olaraq xramuli növünə aid 13 kiloqrama qədər balıq ovlayıb.

Ətraf Mühitə Nəzarət Departamentinin məlumatına əsasən, elektrik aləti ilə balıq
ovu cinayət əməli hesab olunur. Sözügedən faktla bağlı hazırlanmış materiallar əlavə tədbirlərin görülməsi məqsədilə aidiyyəti quruma göndərilib.

Qurum izah edir ki, elektrik alətləri həm ətraf mühit, həm də insanların həyatı və sağlamlığı üçün təhlükə yaradır. Qanunvericiliyə əsasən, elektrik alətinin hazırlanması, əldə edilməsi, saxlanması, gəzdirməsi, daşınması, göndərilməsi və satışı cəzalandırılan əməllər hesab olunur.

Gürcüstan Cinayət Məcəlləsinin 300-cü maddəsinə əsasən, elektrik aləti və ya digər qadağan olunmuş vasitələrdən istifadə etməklə qanunsuz balıq ovu 320-dən 400 saata qədər ictimai faydalı iş və ya 2 ildən 4 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ətraf Mühitə Nəzarət Departamentinin bəyanatına görə, brakonyerliyə qarşı mübarizə qurumun əsas prioritetlərindən biridir. Departamentin ekipajları ölkə üzrə 24 saat fasiləsiz patrul xidməti həyata keçirir. Məqsəd qanunsuz balıq ovu və digər ekoloji hüquq pozuntularının vaxtında qarşısının alınması, aşkarlanması və aradan qaldırılmasıdır.

Vətəndaşlar hüquq pozuntuları barədə məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin 153 nömrəli qaynar xəttinə bildirə bilərlər. Qurumun məlumatına görə, daxil olan hər bir müraciətə dərhal reaksiya göstərilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google