Daxili İşlər Nazirliyinin Patrul Polisi, Tbilisi, Kaxeti,
Sameqrelo-Zemo Svaneti, Samtsxe-Cavaxeti
və Şida Kartli polis departamentlərinin əməkdaşları müxtəlif
vaxtlarda narkotik cinayəti ittihamı ilə 7 nəfəri saxlayıblar.
Qurumun məlumatına görə, saxlanılan şəxslərə külli miqdarda
narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz alınması,
saxlanılması, eləcə də onların satışına köməklik göstərilməsi və
narkotik tərkibli bitkilərin qanunsuz yetişdirilməsi ittihamı irəli
sürülüb.
Saxlanılan şəxslər arasında həm Gürcüstan, həm də xarici ölkə
vətəndaşları var.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin
üzərinə, yaşayış evlərinə və həyətyanı sahələrinə baxış
keçirilməsi, eləcə də müxtəlif ərazilərdən maddi sübut qismində
külli miqdarda narkotik vasitələr və psixotrop maddələr
götürüblər.
Götürülən maddələr
arasında “metadon”, “buprenorfin”, 201 ədəd
“kannabis bitkisi”, 143 bağlamada qablaşdırılmış
“tetrahidrokannabinol”, “qurudulmuş marixuana”, “baklofen” və
“qabapentin” var.
Polis, həmçinin narkotik vasitələrin qablaşdırılması üçün istifadə
olunan materialları da aşkar edərək götürüb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260-cı,
260-cı kvarta və 265-ci prima maddələri ilə aparılır. Həmin
maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını
nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.