DİN ölkə üzrə “oğru dünyası” ilə əlaqəli 29 nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birgə son 24 saat ərzində ölkə üzrə genişmiqyaslı əməliyyat keçiriblər. Məhkəmənin qərarı əsasında 29 nəfər saxlanılıb, daha 3 şəxsə isə qiyabi ittiham irəli sürülüb. Onlardan biri xaricdə yaşayan “qanuni oğrudur”.

Qurumun məlumatına görə, cinayətkar qrupun üzvləri maddi mənfəət əldə etmək məqsədilə vətəndaşlar arasında yaranmış maliyyə mübahisələrinə fəal
şəkildə müdaxilə ediblər. Kriminal təsiri gücləndirmək və mübahisə edən tərəflərə psixoloji təzyiq göstərmək məqsədilə bu prosesə xaricdə yaşayan “qanuni oğru” Besik Caparidze də cəlb olunub.

İstintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxslər Caparidze ilə razılaşaraq həm şəxsi görüşlər, həm də uzaqdan əlaqə vasitələri ilə vaxtaşırı “oğru məclisləri” təşkil ediblər. “Qanuni oğru” kriminal aləmin qaydaları və ənənələrinə uyğun olaraq yekun qərarlar qəbul edib. Bu qərarlar əsasında tərəflərdən birinin digərinin xeyrinə böyük məbləğdə pul ödəmək öhdəliyi yaranıb. Öhdəliyin yerinə yetirilmədiyi və ya müəyyən edilmiş müddətlər pozulduğu hallarda isə təqsirləndirilən şəxslər vətəndaşları və onların ailə üzvlərini fiziki zorakılıq, sağlamlığa zərər vurma və həyatlarına son qoymaqla hədələyiblər.


Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan axtarışlar nəticəsində maddi sübut qismində təqsirləndirilən şəxslərin mobil telefonları və kompüter avadanlıqları müsadirə edilib. Həmin vasitələrlə onlar bir-biri ilə və xaricdə yaşayan kriminal avtoritetlərlə əlaqə saxlayıblar. Həmçinin qanunsuz əldə edilmiş odlu silah və döyüş sursatları da aşkarlanaraq müsadirə olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 223-cü prima, 223-cü tertsia, 223-cü kvart və 236-cı maddələri ilə istintaq aparılır. Həmin maddələr 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Daxili İşlər Nazirliyinin bəyanatına görə, mütəşəkkil cinayətkarlıqla və “oğru dünyası” ilə mübarizə qurumun əsas prioriteti olaraq qalır. Nazirliyin məlumatına əsasən, bu cür cinayət sxemlərinə qoşulan istənilən şəxs qanunun tam sərtliyi ilə cəzalandırılacaq.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google