ABŞ İran neftinə qarşı sanksiyaları yenidən bərpa edib

Reuters agentliyinin yaydığı məlumata görə, İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumlar həyata keçirməsindən sonra ABŞ İran neftinə qarşı sanksiyaları yenidən tətbiq edib.


Agentlik yazır ki, ABŞ Maliyyə Nazirliyi ötən ay Tehran və Vaşinqton arasında əldə olunmuş kövrək razılaşma çərçivəsində İran neftinin satışına 21 avqusta qədər icazə vermişdi. Lakin çərşənbə axşamı qəbul edilən qərarla bu müddət
17 iyuladək qısaldılıb.

Reuters-in məlumatına görə, İran neftinə qarşı sanksiyaların yenidən tətbiq edilməsi barədə qərardan sonra dünya bazarında neftin qiyməti 5%-dən çox artıb.
İran ABŞ-ın Tehrana qarşı neftlə bağlı sanksiyaları yenidən tətbiq etməsini pisləyib və bu addımı ötən ay iki ölkə arasında əldə olunmuş qarşılıqlı anlaşma memorandumunun açıq şəkildə pozulması kimi qiymətləndirib.

İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, “bu öhdəliyin pozulmasının nəticələrinə görə məsuliyyət ABŞ hökumətinin üzərinə düşür”. Nazirlik iddia edir ki, İran öz milli təhlükəsizliyini qorumaq üçün zəruri hesab etdiyi istənilən tədbiri görəcək.

Məlumat üçün bildirək ki, İran bazar ertəsi və çərşənbə axşamı Hörmüz boğazında ticarət gəmilərinə üç hücum həyata keçirib.


 

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google