ATƏT-in Parlament Assambleyasının prezidenti Gürcüstan nümayəndə heyətinin səsvermədən imtina etməsini tənqid edib

ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Gürcüstan nümayəndə heyətinin Haaqa Bəyannaməsi üzrə səsvermədə iştirakdan imtina etməsi qərarına münasibət bildirərək deyib ki,

Parlamentdə boş yerlər saxlamaq həmişə ən pis variantdır, çünki demokratiya hər şeydən əvvəl münaqişələrin birgə həlli cəhdidir.

“Bildiyiniz kimi, sizin ölkənizdə də parlamentdə boş yerlər saxlamaq yaxşı qərar deyildi. Siz burada da məhz eyni şeyi edirsiniz.
Hesab edirəm ki, parlamentdə boş yerlər saxlamaq həmişə ən pis variantdır, çünki demokratiya, ilk növbədə, münaqişələrin birgə həllinə yönəlmiş cəhddir”, –
deyə ATƏT Parlament Assambleyasının prezidenti Nikolos Samxaradzeyə müraciət edib.

Məlumat üçün bildirək ki, Gürcüstan nümayəndə heyəti etiraz əlaməti olaraq ATƏT Parlament Assambleyasının plenar iclasında Haaqa Bəyannaməsi üzrə keçirilən səsvermədə iştirakdan imtina edib.

Müvafiq bəyanatı səsvermədən əvvəl Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze səsləndirib.

“İstərdim ki, səsvermə proseduru ilə bağlı prosedur xarakterli qeyd edim və Gürcüstan nümayəndə heyəti adından aşağıdakı bəyanatı təqdim edim. Bəyannamənin düzəliş edilmiş variantının ayrı-ayrı hissələri Gürcüstandakı mövcud siyasi reallığı qəsdən təhrif etdiyinə, faktları kobud şəkildə yanlış təqdim edib saxtalaşdırdığına, dövlət institutlarına qarşı həyata keçirilmiş zorakı hücumları tamamilə nəzərə almadığına, həm seçki müşahidə missiyalarının, həm də “Moskva mexanizmi”nin hesabatlarını özbaşına şərh etdiyinə və bununla da Gürcüstanın milli maraqlarını təhlükə altına qoyduğuna görə nümayəndə heyətimiz etiraz əlaməti olaraq səsvermə prosesində iştirak etməyəcək.
Xüsusilə təəssüf doğuran haldır ki, biz belə bir qərarı məhz beynəlxalq hüququn paytaxtı sayılan Haaqada qəbul etmək məcburiyyətindəyik. Katiblikdən xahiş edirəm ki, mövqeyimiz Assambleyanın iclas protokolunda lazımi qaydada əks olunsun. Eyni zamanda, fürsətdən istifadə edərək Niderland parlamentinə səmimi qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürümü bildirirəm”
, – deyə Samxaradze qeyd edib.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google