ABŞ İrana zərbələr endirdi, Tehran Küveyt və Bəhreynə raketlər atdı
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 7-də Amerika hərbçilərinin İrana zərbələr endirdiyini bəyan edib. Açıqlamada bu addımın İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə etdiyi son hücumlara cavab olduğu bildirilir.

Komandanlığın press-relizində yüksək dəqiqlikli silahlarla İranda 80 hədəfin vurulduğu qeyd olunur. Həmin obyektlər arasında hava hücumundan müdafiə sistemləri, idarəetmə və rabitə şəbəkələri, sahilyanı radiolokasiya məntəqələri, gəmiəleyhinə
raket kompleksləri və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 60-dan çox kiçik kater var.

ABŞ Prezidenti Donald Tramp İrandakı obyektlərə hücumu əks etdirən video paylaşsa da, zərbələrin dəqiq haraya və hansı hədəflərə endirildiyi açıqlanmır.


İran ordusu bu addıma Küveyt və Bəhreynə zərbələr endirməklə cavab verib. SEPAH-ın məlumatına görə, raket və dron hücumları ilə ABŞ-nin 85 hərbi obyekti vurulub, həmçinin Amerikanın "MQ-9 Reaper" PUA-sı məhv edilib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google