Tramp: ABŞ-İran atəşkəsi bitdi, Tehranla danışıqlar vaxt itkisidir
Prezident Donald Tramp bildirib ki, onun fikrincə, ABŞ ilə İran arasında atəşkəs rejimi artıq qüvvədə deyil. O, bu barədə Ankaradakı NATO sammitində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Məncə, hər şey bitdi. Artıq onlarla heç bir iş görmək istəmirəm", – Tramp vurğulayıb. Onun sözlərinə görə, hazırkı durumu hələ amerikalı danışıqçılarla gözdən keçirəcək, amma Tehranla danışıqları davam etdirməyi "vaxt
itkisi" sayır.

Prezident həmçinin əlavə edib ki, Amerika ordusu iyulun 8-nə keçən gecə İran ərazisinə "çox güclü zərbələr" endirib: "Biz onlara dedik ki, "gedin, öz dəfn işlərinizlə məşğul olun", onlar isə bunun əvəzinə dünən gəmiləri atəşə tutmağa başladılar. Buna görə də ötən gecə onlara çox ağır zərbə vurduq".

İyunun ortalarında ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, 60 günlük atəşkəs elan edilməli və yekun sülh sazişinin bağlanması ilə bağlı danışıqlara başlanmalı idi.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google