İran səfiri TRIPP haqda: 'Sərhədimizdə amerikalıların olması narahatlıq doğurur, cavab verilməlidir'
"TRIPP layihəsi çərçivəsində yaranan risklərin idarə olunması və mümkün təhdidlərin qarşısının alınması Ermənistan-İran münasibətlərinin prioritet məsələlərindən biridir", — bu sözləri İranın Ermənistandakı səfiri Xəlil Şirqolami iyulun 8-də Yerevanda keçirdiyi mətbuat konfransında deyib.

Səfir vurğulayıb ki, İranın ABŞ ilə sülh memorandumu imzalamasından cəmi 20 gün keçsə də, bu qısa müddətdə sənədin şərtləri dəfələrlə pozulub: "Buna görə də İranın
öz sərhədləri yaxınlığında amerikalıların yerləşməsindən narahat olması tamamilə əsaslı və məntiqlidir. Bu narahatlıqlara aydın cavab verilməlidir".

Ermənistan hökuməti isə öz növbəsində əmin edir ki, layihənin icrası və Birləşmiş Ştatların regiondakı varlığı İran üçün hər hansı bir təhlükə və ya çağırış yaratmayacaq.

Şirqolami hesab edir ki, Ermənistan blokadadan çıxmaq üçün öz potensialından tam yararlana biləcəyi mexanizm qurmalıdır, "amma bununla yanaşı, Birləşmiş Ştatların regional varlığından doğan risklər idarə olunmalı və İrana qarşı yönələ biləcək istənilən təhdidə dəqiq reaksiya verilməlidir".

Səfir həmçinin diqqətə çatdırıb ki, rəsmi Tehran strateji tərəfdaşlıq haqqında hərtərəfli sənədin imzalanması üçün fəal addımlar atır. Onun sözlərinə görə, ötən həftə İran prezidenti Məsud Pezeşkian baş nazir Nikol Paşinyanla görüşü zamanı bu məsələnin vacibliyini və tezliklə nəticə əldə olunmasının zəruriliyini bir daha vurğulayıb.

Şirqolami əlavə edib ki, hazırda sənədin mətni üzərində iş aparılır və hazırlıq mərhələsindədirlər: "Ümid edirik ki, bu mərhələni tezliklə başa vurub imzalama prosesinə başlayacağıq. İran Ermənistan baş nazirinin ölkəmizə səfərini və sənədin məhz Tehranda imzalanmasını böyük məmnuniyyətlə qarşılayacaq".

Marko Rubio və Ararat Mirzoyan

4 iyun
ABŞ və Ermənistan TRIPP sazişini imzaladı

ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu"nun (TRIPP) fəaliyyət mexanizmlərini müəyyən edən ikitərəfli çərçivə sazişini imzalayıblar. Ermənistandan keçəcək bu marşrut Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək.

Tərəflər sazişi ötən həftə Rubionun Yerevana qısa səfəri zamanı paraflamışdılar.

Ermənistan Xarici İşlər Nazirliyi Mirzoyanın sənədi imzaladığını əks etdirən qısa video yayımlayıb.

"Dövlət katibi Rubio sazişi iyunun 1-də imzalayıb, sənəd Ermənistana göndərilib və indi mən Ermənistan tərəfi adından onu imzaladım. Bununla da məsafədən imzalanma prosesi tamamlanıb və saziş ratifikasiya üçün hazırdır",
– Mirzoyan bildirib.


Rubio iyunun 2-də bu sazişi "Ermənistanın strateji mövqeyini kökündən dəyişdirmək imkanı" adlandırıb.

"Bu, Azərbaycanın xüsusi önəm verdiyi və münasibətlərdə narahatlıq yaradan keçid məsələsini həll edir, amma bununla kifayətlənmir. Saziş Ermənistan iqtisadiyyatını köklü şəkildə transformasiya etmək potensialına malikdir", – Rubio ABŞ Senatının Xarici Əlaqələr Komitəsində deyib.

Bu sazişlə yanvarda imzalanmış TRIPP layihəsinə dair birgə çərçivə sənədinin əsas müddəaları bir daha təsdiqlənir. Sənədə əsasən, ABŞ-Ermənistan birgə müəssisəsi yaradılacaq və o, Ermənistan-İran sərhədi boyunca inşa ediləcək dəmir və avtomobil yollarını, enerji xətlərini, eləcə də digər infrastruktur obyektlərini ən azı 49 il müddətinə idarə etmək hüququ qazanacaq.

"TRIPP Development Company"nin (TDC) 74 faiz payı ABŞ hökumətinə məxsus olacaq. İyunun 3-də ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) şirkətin təsis olunmasına dəstəyi rəsmən təsdiqləsə də, TRIPP infrastrukturuna yatırılması planlaşdırılan Amerika investisiyalarının həcmi açıqlanmayıb.


Rubio və Mirzoyan sazişi Ermənistanda parlament seçkilərinə bir neçə gün qalmış imzalayıblar. Ölkənin müxalifət qrupları TRIPP-in Ermənistanın sərhədlərinə təhlükə yarada biləcəyini deyirlər. İran da bu marşruta qarşı çıxır.

TRIPP ilə bağlı razılaşma ötən il avqustun 8-də Vaşinqtonda əldə olunub. Həmin gün Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Həmin sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdıqları və qarşılıqlı iddiaları dayandırdıqları bəyan edilib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google