Tbilisi Şəhər Məhkəməsi xüsusilə külli miqdarda narkotik
vasitənin qanunsuz satın alınması,
saxlanılması və Gürcüstana qanunsuz yolla gətirilməsi faktı üzrə
ittiham olunan şəxsi təqsirli bilib.
Məhkəmə prosesində araşdırılmış sübutlarla təsdiq olunub ki,
təqsirləndirilən şəxs xaricdə olarkən xüsusilə külli miqdarda –
584,3936 qram "Alfa-PVP" narkotik vasitəsini qanunsuz olaraq əldə
edib və saxlayıb, daha sonra isə "Sadaxlı" gömrük-keçid
məntəqəsindən keçirməklə
Gürcüstana qanunsuz yolla gətirib.
Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin üçüncü
hissəsinin "a" bəndi (xüsusilə külli miqdarda narkotik vasitənin
qanunsuz satın alınması, saxlanılması) və 262-ci maddəsinin
dördüncü hissəsinin "a" bəndi (xüsusilə külli miqdarda narkotik
vasitənin Gürcüstana qanunsuz yolla gətirilməsi) ilə ittiham irəli
sürülmüşdü.
Məhkəmə təqsirləndirilən şəxsi irəli sürülən ittihamlar üzrə
təqsirli bilib və cəza olaraq onun 17 il müddətinə azadlıqdan
məhrum edilməsinə qərar verib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.