Dövlət Duması əmək miqrantları və onların övladlarının Rusiyada
qalma qaydalarını sərtləşdirən yeni qanunlar paketini qəbul edib.
Yeni düzəlişlərə əsasən, patentlə işləyən xarici vətəndaşların
övladları 18 yaşına çatdıqda ya 30 gün ərzində özlərinə patent
rəsmiləşdirməli, ya da Rusiyanı tərk etməlidirlər. Ölkədə qanuni
işləmək və yaşamaq icazəsi olan miqrantların yetkinlik yaşına
çatmayan övladları isə Rusiyada qalma hüququnu
qoruyub
saxlayır.
Bundan başqa, miqrantlar artıq həm özləri, həm də yanlarında olan
hər bir uşaq üçün fiziki şəxslərin gəlir vergisi üzrə sabit ödəniş
etməli olacaqlar. Əgər əmək miqrantının ümumi gəliri özü və
himayəsindəki hər bir ailə üzvünə düşən yaşayış minimumundan aşağı
olarsa, onun patenti ləğv ediləcək.
Vergi orqanları xarici vətəndaşların il ərzindəki 3, 6, 9 və 12
aylıq gəlirləri barədə məlumatları avtomatik olaraq Daxili İşlər
Nazirliyinə (DİN) ötürəcək. Patenti uzadılmayan miqrantlar 15 gün
ərzində Rusiyadan çıxmalıdırlar.
Son illər Rusiyada miqrasiya qanunvericiliyi xeyli sərtləşdirilib.
Xüsusilə, miqrant uşaqlarının rus dili imtahanı vermədən məktəblərə
qəbulu qadağan edilib, valideynlərinə isə ölkədə qanuni
qaldıqlarını təsdiqləmək öhdəliyi qoyulub.
2026-cı ilin yanvarından isə DİN ilə təhsil qurumları arasında
miqrant uşaqlarına dair məlumat mübadiləsi haqqında qanun qüvvəyə
minib. Azyaşlı xaricilərə nəzarəti gücləndirən bu məlumatlar
gələcəkdə miqrantların rəqəmsal profilinə daxil ediləcək.
DİN-in statistikasına əsasən, 2025-ci ilin əvvəlindən Rusiyadakı
əcnəbilərin ümumi sayı 10 faiz azalaraq 6.3 milyondan 5.7 milyona
enib. Bu dəyişikliyin başlıca səbəbi kimi miqrant ailələrinin
yetkinlik yaşına çatmayan uşaqlarının sayının təxminən dörddə bir
(25 faiz) azalması göstərilir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.