Özbəkistanda latın qrafikalı əlifba dəyişdirilir. Parlamentin aşağı
palatası müvafiq qanun layihəsini qəbul edərək baxılması üçün
Senata göndərib.
Yeni düzəlişlərə əsasən, bəzi hərf birləşmələrindən imtina
ediləcək. Hazırkı 26 hərf və üç hərf birləşməsinin əvəzinə əlifbada
28 hərf və bir apostrof (tutulma işarəsi) yer alacaq.
Əlifbada aşağıdakı dəyişikliklərin edilməsi nəzərdə tutulur:
- Gʻ → Ğ
- Oʻ → Ö
- Sh → Ş
- Ch → Ç
ng hərf birləşməsi isə əlifbadan tamamilə çıxarılacaq.
Bu dəyişikliklər Senat tərəfindən bəyənildikdən və Özbəkistan
prezidenti tərəfindən imzalandıqdan sonra rəsmən qüvvəyə
minəcək.
Yenilənmiş əlifbaya keçid mərhələli şəkildə həyata keçiriləcək.
Qanun qüvvəyə minənədək rəsmiləşdirilmiş sənədlər, milli valyuta,
qiymətli kağızlar, həmçinin lövhələr, göstəricilər və dövlət
qurumlarının rəmzləri müəyyən olunmuş müddətədək qüvvədə
qalacaq.
Parlamentin məlumatında bildirilir ki, bu yanaşma sənədlərin,
blankların və lövhələrin eyni anda dəyişdirilməsi zərurətini aradan
qaldırır. Beləliklə, büdcə vəsaitlərinin əsassız xərclənməsinin
qarşısı alınacaq və dövlət əlavə maliyyə yükündən qorunacaq.
Qanun layihəsi geniş ictimai müzakirə keçirilmədən qəbul edilib.
Qanunvericilik Palatasının rəsmi açıqlamasında detallar gizli
saxlandığı üçün əlifbaya məhz hansı dəyişikliklərin ediləcəyi bir
müddət qeyri-müəyyən qalıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.