2023-cü ildə Rusiya Çin ilə hərbi əməkdaşlıq və "Starlink"
peyklərinə qarşı mübarizə barədə məxfi danışıqlar aparıb.
Bu barədə "The Insider", "Der Spiegel" və "Le Monde" nəşrlərinin
birgə araşdırmasında deyilir.
Media qurumları bu iddialarında 2023-cü ilin payızında Quançjouda
keçirilən Üçüncü Çin-Rusiya Hərbi-Texniki Əməkdaşlıq Forumundakı
təqdimatlara və həmin ilin iyununda Moskvada imzalanmış ikitərəfli
protokolun sənədlərinə istinad edir.
Sənədlərə
əsasən, tərəflər kosmik silahlar, peyklərin məhv
edilməsi, hava və raketdən müdafiə sistemləri, hərbi texnika,
aviasiya və qoşunların təchizatı sahələrində əməkdaşlığı nəzərdən
keçiriblər.
"Starlink"ə qarşı texniki alyans
"Starlink" şəbəkəsini sıradan çıxarmaq üçün mülki terminallardan
"Starlink"ə kiberhücumların təşkili, ucuz Çin qırıcı-peykləri ilə
onları fiziki olaraq məhv etmək təklif olunub.
Bundan əlavə, Pekin digər maraqlı dövlətlərin də qatılacağı
"Starlink-ə qarşı texniki alyans" yaratmaq təşəbbüsü ilə çıxış
edib.
Tərəflər həmçinin perspektivli HHM (Hava Hücumundan Müdafiə) və RMD
(Raketdən Müdafiə) sistemlərinin birgə layihələndirilməsinə
başlamaq barədə anlaşıblar.
Döyüş təcrübəsi müqabilində Çin texnologiyası
Müzakirələrin digər mühüm mövzusu isə birlikdə (qrup halında)
hərəkət edən yeni nəsil avtonom sursatların hazırlanması olub. Bu
məqsədlə Rusiyanın real döyüş təcrübəsi ilə Çinin süni intellekt
(Sİ) texnologiyaları və kütləvi istehsal imkanlarının mübadiləsi
nəzərdə tutulub.
Bu sövdələşmənin praktiki nəticələrindən biri kimi Rusiyanın
Ukrayna müharibəsində aktiv istifadə etdiyi avtonom "V2U" pilotsuz
uçuş aparatını (PUA) göstərmək olar. Bu dronun bir çox kritik
komponentləri, o cümlədən süni intellekt modulu Çin
istehsalıdır.
"Reuters" agentliyi hələ iyulun 8-də yazmışdı ki, Rusiya ordusu
Ukrayna dronlarının zərbələrini əngəlləmək üçün güclü radioelektron
mübarizə (REM) sistemləri ilə "Starlink"in fəaliyyətini pozmağa
çalışır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.