Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf
Mühitə Nəzarət Departamentinin Kaxeti Regional İdarəsinin
əməkdaşları Axmeta bələdiyyəsində qanunsuz balıq ovu faktı
aşkarlayıblar.
Qurumun məlumatına görə, vətəndaş Matani kəndi yaxınlığında,
Kurtanadzeuli çayında elektrik alətindən istifadə etməklə müxtəlif
növ balıqları, o cümlədən Gürcüstanın “Qırmızı Siyahı”sına daxil
edilmiş çay forelini qanunsuz ovlayıb.
Ətraf Mühitə Nəzarət Departamentinin məlumatına əsasən, elektrik
aləti ilə balıq ovu cinayət əməli hesab olunur. Sözügedən faktla
bağlı araşdırmaya Daxili İşlər Nazirliyinin Axmeta Rayon Polis
Şöbəsində başlanılıb.
Qurum bildirir ki, elektrik aləti həm ətraf mühit, həm də
insanların həyatı və sağlamlığı üçün təhlükə yaradır.
Qanunvericiliyə əsasən, elektrik alətinin hazırlanması, əldə
edilməsi, saxlanılması, gəzdirməsi, daşınması, göndərilməsi və
satışı cəzalandırılan əməllər hesab olunur.
Ətraf Mühitə Nəzarət Departamentinin bəyanatına görə, brakonyerliyə
qarşı mübarizə qurumun əsas prioritetlərindən biridir.
Departamentin ekipajları ölkə üzrə 24 saat fas
iləsiz patrul xidməti
həyata keçirirlər ki, qanunsuz balıq ovunun və digər ekoloji hüquq
pozuntularının qarşısı vaxtında alınsın, onlar aşkarlansın və
aradan qaldırılsın.
Vətəndaşlar hüquq pozuntuları barədə məlumatı Ətraf Mühitin
Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin 153 nömrəli qaynar
xəttinə çatdıra bilərlər. Qurumun məlumatına görə, daxil olan hər
bir müraciətə dərhal reaksiya verilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.