Külli miqdarda narkotik vasitələrin alınması, saxlanılması və satışına köməklik göstərmək ittihamı ilə bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanılması və satışına köməklik göstərmək ittihamı ilə əvvəllər məhkum olunmuş bir nəfəri saxlayıblar.

Qurumun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin üzərinə baxış zamanı maddi sübut qismində satış üçün hazırlanmış külli miqdarda – 1 kiloqrama qədər, həmçinin 89 bağlamada qablaşdırılmış “marixuana” narkotik
vasitəsi götürüblər.

İstintaq tədbirləri nəticəsində hüquq-mühafizə əməkdaşları narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materialları da aşkarlayaraq götürüblər.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260-cı kvart maddələri ilə aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google