Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Yetkinlik
yaşına çatmayanlarla iş üzrə Baş İdarəsinin
əməkdaşları azyaşlıya qarşı sağlamlığa qəsdən ağır xəsarət yetirmək
ittihamı ilə bir nəfəri saxlayıblar.
Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki,
təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində yaranan
münaqişə nəticəsində yetkinlik yaşına çatmayan şəxsə soyuq silahla
çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb.
Xəsarət alan
yetkinlik yaşına çatmayan şəxs müvafiq tibbi yardım
göstərilməsi üçün klinikaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən dərhal sonra
həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri
nəticəsində cinayəti törədən şəxsi təqsirləndirilən şəxs qismində
saxlayıblar.
Polis cinayətin törədildiyi aləti bıçağı maddi sübut kimi
götürüb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 117-ci
maddəsinin 3-cü hissəsi ilə aparılır. Həmin maddə 13 ilədək müddətə
azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.