5 iyul tarixində Bakı şəhərində “Borçalı mahalının Kürdlər-Baydar
eli” kitabının təqdimat mərasimi keçirilib.
Kitab Kürtlər və Baydar kəndlərini, eləcə də bu kəndlərin tanınmış
simaları və ziyalıları haqqında məlumatları əhatə edir.
Təqdimat mərasimində Azərbaycanda yaşayan kənd sakinləri iştirak
ediblər.
Tədbiri giriş sözü ilə kitab müəlliflərindən biri, Bakıda yaşayan
Baydar kənd sakini Qurban Qurbanov açıb. O, kitab
haqqında
iştirakçılara məlumat verib.
Daha sonra söz texniki elmlər namizədi, alim İsmixan Abdullayevə
verilib. O, çıxışı zamanı kitabda kənd ziyalılarının yaradıcılığı
və fəaliyyətinin geniş, hərtərəfli şəkildə araşdırılmasını yüksək
qiymətləndirib və kitabın müəllifi Namik Xeyirzadəyə təşəkkürünü
bildirib.
Daha sonra pedaqogika elmləri doktoru, professor Elza Mollayevaya
söz verilib. O, kitabın nəfis tərtibatını, eləcə də Kürdlər-Baydar
elindən olan ziyalıların və müəllimlərin fəaliyyətlərinin bir
nəşrdə işıqlandırılmasını təqdirəlayiq hal kimi qiymətləndirib.
Professor qeyd edib ki, bu elin sərhədləri yalnız coğrafi məkanla
məhdudlaşmır və burada yaşayan insanlar bir el-oba kimi
qaynayıb-qarışıblar.
Təqdimatda çıxış edən texniki elmlər namizədi Əhməd Bələgözov da
kitabın tərtibatını yüksək qiymətləndirib. O, müəllif Namik
Xeyirzadəyə və kitabın hazırlanması prosesində göstərdiyi köməyə
görə Qurban Qurbanova təşəkkür edib.
Tədbirdə Zülfüqarov Süleyman, İsmayılov Namaz, Süleymanov Faiq,
Mollayev Elvin, Sultanov Zahid, Binnətov Yaşar Binnətov Samir,
Mollayev Azad və Mollayev İlqar da çıxış ediblər. Onlar kitabda
haqqında məlumat verilən şəxslərlə bağlı toplanmış informasiyanın
dolğunluğunu yüksək qiymətləndirərək təşəkkürlərini
bildiriblər.
Daha sonra kitabın müəllifi Namik Xeyirzadə təqdimatda iştirak
edənlərə və kitabın hazırlanması, tərtibatı zamanı göstərilən
dəstəyə görə Qurban Qurbanova təşəkkür edib.
Namik Xeyirzadə çıxışı zamanı qeyd edib ki, “Borçalı mahalının
Kürdlər-Baydar eli” kitabı ensiklopedik və informativ məlumat
toplusudur və böyük tarixi əhəmiyyət daşıyır.
Təşkilatçıların məlumatına görə, kitabın ilk mərhələdə 100 nüsxəsi
çap olunub. Yaxın vaxtlarda kitaba yaranan maraq səbəbindən onun
yenidən çap olunması nəzərdə tutulur.
Kitabın nəşri Kürtlər və Baydar kəndlərindən olan sakinlərin
maliyyə dəstəyi ilə həyata keçirilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.