Candar sakinlərinin istədiyi ərazidə niyə mərasim evi tikilə bilməz?
Marneuli bələdiyyəsinin Candar kəndində yerli sakinlər toplaşaraq kənddə mərasim evinin tikilməsini tələb ediblər. Sakinlərin “Marneuli” radiosuna verdiyi məlumata görə, söhbət idman meydançasının yaxınlığında yerləşən boş torpaq sahəsindən gedir. Onların ehtimalına görə, həmin ərazi şəxsi mülkiyyətdədir və kəndin istifadəsinə verilməsini istəyirlər.

Marneuli Bələdiyyə Məclisinin sədr müavini və şəhəri təmsil edən majoritar deputat Vasil Xaxulaşvili “Marneuli” radiosuna bildirdi ki,
sözügedən torpaq sahəsi meriyanın balansındadır və heç bir fiziki şəxsə məxsus deyil. Onun sözlərinə görə, həmin ərazidə heç bir tikinti aparmaq mümkün deyil, çünki Gürcüstanın Avtomobil Yolları Departamentinin qüvvədə olan tənzimləmələri buna icazə vermir.

“Əhalinin iki tələbi var idi. Birincisi, həmin torpaq sahəsinin onların mülkiyyətinə verilməsi, ikincisi isə orada mərasim evinin tikilməsi. Mən onlara izah etdim ki, bu ərazidə Gürcüstanın Avtomobil Yolları Departamentinin məhdudiyyəti qüvvədədir. Həmin qaydaya əsasən, Poniçala-Marneuli-Ququti avtomobil yolunun ox xəttindən 100 metr radiusda hər cür tikinti qadağandır. Bu torpaq sahəsi də məhz həmin zonaya düşür. Buna görə də qanun burada hər hansı infrastruktur layihəsinin həyata keçirilməsinə imkan vermir. Hazırda kəndin başqa hissəsində də mərasim evinin tikintisi planlaşdırılmır, çünki meriyanın bunun üçün hazırda maliyyə imkanı yoxdur”,
– deyə majoritar deputat bildirdi.

Məsələyə aydınlıq gətirmək üçün “Marneuli” radiosu torpaq sahəsinin hüquqi statusunu yoxladı. Məlum olub ki, ərazi həqiqətən də Marneuli meriyasının mülkiyyətindədir.

Vasil Xaxulaşvilinin sözlərinə görə, hazırda Candarda planlaşdırılan layihələrdən biri kəndin mərkəzi yolunun bərpasıdır. Layihə üzrə tender artıq elan olunub və hazırda qalib şirkətin müəyyənləşdirilməsi prosesi davam edir.

“Candarın mərkəzi yolunun bərpası üzrə tender yekun mərhələdədir. Qalib şirkətin müəyyənləşdirilməsini gözləyirik. Şirkət seçildikdən dərhal sonra yolun asfaltlanmasına başlanılacaq”, – deyə Xaxulaşvili bildirdi.

Vasil Xaxulaşvilinin sözlərinə görə, gələn il kənddaxili yolların bərpası da nəzərdə tutulur.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google