Türkiyə Prezidenti NATO liderlərinə revolver hədiyyə edib və onlara çətinlik yaradıb
Ankarada keçirilən NATO sammitinə qatılan dövlət başçılarına ev sahibi olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər birinə qeyri-adi hədiyyə təqdim edib.

O, alyansa üzv ölkələrin liderlərinə Türkiyə istehsalı olan revolverlər və onlara uyğun patronlar hədiyyə edib. Bu da silahların sadəcə dekorativ məqsəd daşımadığını göstərirdi.

Görünür, Ərdoğan bununla Türkiyənin müdafiə sənayesinin imkanlarını nümayiş etdirmək istəyib.

Avropanın müxtəlif
ölkələrində silahın saxlanılması və daşınması ilə bağlı qanunlar fərqli olduğundan, demək olar ki, hər bir baş nazir və prezident bu hədiyyə ilə bağlı özünəməxsus problemlə üzləşib.

Reuters agentliyinin məlumatına görə, Belçikanın Baş naziri Türkiyədən, NATO sammitindən vətəninə qayıdarkən təəccüblə baqajında tapança və patronlar olduğunu aşkarlayıb.

Litva Prezidenti Gitanas Nausedanın ofisinin yaydığı fotolarda Türkiyənin silah istehsalçısı MKE tərəfindən 1990-cı illərdə təqdim edilmiş nadir Gümüşay 357 Magnum tipli altı patronlu revolver görünür.

Silah üzərində Türkiyə bayrağı və NATO loqosu təsvir edilmiş taxta nümayiş qutusunda yerləşdirilmişdi. Qutunun üzərində türk və ingilis dillərində belə bir yazı var idi:
"Gümüşay – ölkəmizdə istehsal olunan ilk revolver tipli yüngül atıcı silah."

İspaniyanın Baş naziri Pedro Sançesin mətbuat katibi bildirib ki, bütün liderlərə eyni model revolver hədiyyə olunub və onların hər birinin üzərinə sahibinin adı həkk edilib.

Belçikanın Baş naziri Bart De Vever öz revolverini təhlükəsiz şəkildə saxlanılması üçün Brüssel hava limanının polisinə təhvil verib.

Polşa Prezidenti Karol Navrotskinin köməkçisi RMF FM radiosuna bildirib ki, prezidentə hədiyyə edilən revolver hazırda Varşava hava limanında gömrük rəsmiləşdirilməsini gözləyir və daha sonra xüsusi yerdə saxlanılacaq.

"Əvvəla, onun təhlükəsizliyi təmin olunmalıdır, ikincisi isə, hədiyyə kimi ona lazımi hörmət göstərilməlidir",
– deyə o bildirib.

"Əlbəttə ki, heç kim ondan atəş açmayacaq", – deyə o əlavə edib.

Niderland və İsveç baş nazirlərinin ofisləri bildiriblər ki, onlara təqdim olunan revolverlər Ankaradakı səfirliklərə aparılıb.

Niderland silahı istifadəyə yararsız vəziyyətə gətirməlidir, İsveçə təqdim edilən hədiyyə isə ölkəyə idxal üçün tələb olunan sənədlərin hazırlanmasını gözləyir.

Downing Street-dəki mənbənin sözlərinə görə, Böyük Britaniyanın Baş naziri Kir Starmerə verilən silahla birlikdə silahın təmizlənməsi üçün dəst və 500 patron da təqdim olunub.

İtaliyanın Baş naziri Ciorcia Meloniyə hədiyyə edilən revolver artıq hökumətin qərargahı olan Palazzo Chigi sarayında digər dövlət hədiyyələri ilə birlikdə saxlanılır.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen revolverini hərbi muzeyə bağışlamağı planlaşdırır. Yunanıstanın rəhbəri isə onu Afinadakı Hərb Muzeyinə verməyi nəzərdə tutur.

Türkiyənin müasir yüngül atıcı silah sənayesi əsasən yarımavtomatik silahların istehsalına yönəldiyi üçün Gümüşay revolveri bu gün kolleksiyaçılar üçün nadir nümunə hesab olunur.

Türkiyəli silah istehsalçıları Avropanın mülki odlu silah bazarına münasib qiymətli tapança və tüfənglərlə daxil olaraq, uzun illər bahalı idman və döyüş silahları ilə tanınan köklü İtaliya və Belçika şirkətlərinə ciddi rəqabət yaradıblar.

Cenevrədə yerləşən Small Arms Survey tədqiqat mərkəzinin araşdırmasına əsasən, 2019–2024-cü illər ərzində Türkiyə kiçik atıcı silahların ixracına görə dünyada ABŞ və İtaliyadan sonra üçüncü ən böyük ixracatçı olub.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google