Tbilisi Şəhər Məhkəməsində terror aktına cəhd ittihamı ilə həbs
edilmiş siyasətçi,
"Güclü Gürcüstan – Lelo" siyasi birliyinin liderlərindən biri Aleko
Elisaşvilinin cinayət işi üzrə yekun məhkəmə iclası keçirilir.
Məhkəmə prosesində müdafiə tərəfi yekun çıxışını edir.
İclasda əvvəllər məhkəmə zalından çıxarılmış Aleko Elisaşvili də
iştirak edir. Hakim Qiorqi Qelaşvili onu məhkəməyə hörmətsizlik
etdiyi üçün zaldan uzaqlaşdırmışdı.
Lakin hakim sonradan
Elisaşviliyə yekun iclasda iştirak etməyə icazə verib.
Məlumat üçün bildirək ki, Aleko Elisaşviliyə Gürcüstan Cinayət
Məcəlləsinin 19-323-cü maddəsinin birinci hissəsi ilə ittiham irəli
sürülüb. Bu maddə terror aktı törətməyə cəhdi nəzərdə tutur. Həmin
əmələ görə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə
tutulur.
Bundan əlavə, Aleko Elisaşviliyə daha bir epizod üzrə Gürcüstan
Cinayət Məcəlləsinin 323-cü maddəsinin birinci hissəsi ilə də
ittiham irəli sürülüb. Bu maddə terror məqsədi ilə törədilən terror
aktını, yəni partlayış, qəsdən yanğın törətmə, insana hücum,
silahdan istifadə və ya insan həyatının itirilməsi, külli miqdarda
əmlak ziyanı və ya digər ağır nəticələr təhlükəsi yaradan digər
hərəkətləri əhatə edir.
Bu əmələ görə də 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası
nəzərdə tutulur.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.