ABŞ-nin Ermənistandakı səfirliyinin məlumatına görə, Amerikanın
AECOM şirkətinin mütəxəssisləri Yerevana gəlib.
Onlar yeni dəmir yolu və infrastruktur layihələri üçün TRIPP
sahəsində araşdırmalara başlayıblar.
"Ötən həftə Ermənistanda AECOM şirkətini qəbul etdik. Şirkətin
komandası və erməni tərəfdaşlar iqtisadi artıma, nəqliyyata və
regional inteqrasiyaya təkan verəcək dəmir yolu layihəsi üçün TRIPP
sahəsini nəzərdən keçiriblər", — səfirliyin
bəyanatında bildirilir.
İki ay əvvəl baş nazirin müavini Mqer Qriqoryan ABŞ Dövlət
Departamentinin fondu adından gələn AECOM nümayəndə heyəti ilə
görüşmüşdü. Tərəflər elə həmin görüşdə layihə çərçivəsində sahənin
araşdırılmasına başlamaq barədə razılığa gəlmişdilər.
İran səfiri TRIPP haqda: 'Sərhədimizdə amerikalıların
olması narahatlıq doğurur, cavab verilməlidir'
"TRIPP layihəsi çərçivəsində yaranan risklərin idarə olunması və
mümkün təhdidlərin qarşısının alınması Ermənistan-İran
münasibətlərinin prioritet məsələlərindən biridir", — bu sözləri
İranın Ermənistandakı səfiri Xəlil Şirqolami iyulun 8-də Yerevanda
keçirdiyi mətbuat konfransında deyib.
Səfir vurğulayıb ki, İranın ABŞ ilə sülh memorandumu imzalamasından
cəmi 20 gün keçsə də, bu qısa müddətdə sənədin şərtləri dəfələrlə
pozulub:
"Buna görə də İranın öz sərhədləri
yaxınlığında amerikalıların yerləşməsindən narahat olması tamamilə
əsaslı və məntiqlidir. Bu narahatlıqlara aydın cavab
verilməlidir".
Ermənistan hökuməti isə öz növbəsində əmin edir ki, layihənin
icrası və Birləşmiş Ştatların regiondakı varlığı İran üçün hər
hansı bir təhlükə və ya çağırış yaratmayacaq.
Şirqolami hesab edir ki, Ermənistan blokadadan çıxmaq üçün öz
potensialından tam yararlana biləcəyi mexanizm qurmalıdır, "amma
bununla yanaşı, Birləşmiş Ştatların regional varlığından doğan
risklər idarə olunmalı və İrana qarşı yönələ biləcək istənilən
təhdidə dəqiq reaksiya verilməlidir".
4 iyun
ABŞ və Ermənistan TRIPP sazişini imzaladı
ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri
Ararat Mirzoyan "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu"nun
(TRIPP) fəaliyyət mexanizmlərini müəyyən edən ikitərəfli çərçivə
sazişini imzalayıblar. Ermənistandan keçəcək bu marşrut Azərbaycanı
Naxçıvan eksklavı ilə birləşdirəcək.
Tərəflər sazişi ötən həftə Rubionun Yerevana qısa səfəri zamanı
paraflamışdılar.
Ermənistan Xarici İşlər Nazirliyi Mirzoyanın sənədi imzaladığını
əks etdirən qısa video yayımlayıb.
"Dövlət katibi Rubio sazişi iyunun 1-də imzalayıb,
sənəd Ermənistana göndərilib və indi mən Ermənistan tərəfi adından
onu imzaladım. Bununla da məsafədən imzalanma prosesi tamamlanıb və
saziş ratifikasiya üçün hazırdır", – Mirzoyan
bildirib.
Rubio iyunun 2-də bu sazişi "Ermənistanın strateji mövqeyini
kökündən dəyişdirmək imkanı" adlandırıb.
"Bu, Azərbaycanın xüsusi önəm verdiyi və münasibətlərdə
narahatlıq yaradan keçid məsələsini həll edir, amma bununla
kifayətlənmir. Saziş Ermənistan iqtisadiyyatını köklü şəkildə
transformasiya etmək potensialına malikdir", – Rubio
ABŞ Senatının Xarici Əlaqələr Komitəsində deyib.
Bu sazişlə yanvarda imzalanmış TRIPP layihəsinə dair birgə çərçivə
sənədinin əsas müddəaları bir daha təsdiqlənir. Sənədə əsasən,
ABŞ-Ermənistan birgə müəssisəsi yaradılacaq və o, Ermənistan-İran
sərhədi boyunca inşa ediləcək dəmir və avtomobil yollarını, enerji
xətlərini, eləcə də digər infrastruktur obyektlərini ən azı 49 il
müddətinə idarə etmək hüququ qazanacaq.
"TRIPP Development Company"nin (TDC) 74 faiz payı ABŞ hökumətinə
məxsus olacaq. İyunun 3-də ABŞ Beynəlxalq İnkişaf Maliyyə
Korporasiyası (DFC) şirkətin təsis olunmasına dəstəyi rəsmən
təsdiqləsə də, TRIPP infrastrukturuna yatırılması planlaşdırılan
Amerika investisiyalarının həcmi açıqlanmayıb.
Rubio və Mirzoyan sazişi Ermənistanda parlament seçkilərinə bir
neçə gün qalmış imzalayıblar. Ölkənin müxalifət qrupları TRIPP-in
Ermənistanın sərhədlərinə təhlükə yarada biləcəyini deyirlər. İran
da bu marşruta qarşı çıxır.
TRIPP ilə bağlı razılaşma ötən il avqustun 8-də Vaşinqtonda əldə
olunub. Həmin gün Azərbaycan və Ermənistan arasında sülh sazişi
paraflanıb. Həmin sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünü
tanıdıqları və qarşılıqlı iddiaları dayandırdıqları bəyan
edilib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.