Qrup halında törədilmiş soyğunçuluq və oğurluq ittihamı ilə 5 azyaşlı şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Azyaşlılarla iş üzrə Baş İdarəsinin əməkdaşları müxtəlif vaxtlarda qrup halında

törədilmiş soyğunçuluq və oğurluq ittihamı ilə 5 azyaşlı şəxsi saxlayıblar.

Qurumun məlumatına görə, saxlanılanlardan üçü əvvəllər məhkum olunub və hazırda şərti cəza altındadır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, yetkinlik yaşına çatmayan şəxslər qabaqcadan əlbir olaraq,
qrup halında və qanunsuz yolla mənimsəmə məqsədilə Tbilisidə yerləşən aptek və ərzaq mağazaları şəbəkələrindən müxtəlif dəyərdə məhsullar götürərək hadisə yerindən qaçıblar.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən biri vətəndaşlara məxsus mopedləri qanunsuz olaraq ələ keçirib.

Qurumun məlumatına görə, yetkinlik yaşına çatmayan şəxslərin törətdiyi cinayət əməlləri nəticəsində müxtəlif təyinatlı ticarət obyektlərinə 14 min laridən çox maddi ziyan dəyib.

Davam edən istintaq çərçivəsində aparılan axtarışlar zamanı ticarət obyektlərinin müşahidə kameralarına aid görüntülər maddi sübut kimi götürülüb. Həmin görüntülər təqsirləndirilən şəxslərin cinayət əməllərini təsdiqləyir.


Azyaşlıların hər biri məhkəmə qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 178-ci və 177-ci maddələri ilə aparılır. Həmin maddələr 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google