Tbilisidə baş vermiş qətldə təqsirləndirilən şəxs Batumi Beynəlxalq Hava Limanında saxlanılıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin və Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Tbilisidə baş vermiş qətldə təqsirləndirilən şəxsi Batumi Beynəlxalq Hava Limanında saxlayıblar.


İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 27 iyun tarixində Tbilisidə müvəqqəti yaşadığı mənzildə qohumuna həyatı üçün təhlükəli xəsarətlər yetirib. Zərərçəkən aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Qurumun məlumatına görə, hüquq-mühafizə
orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin kimliyini müəyyən edərək onu axtarışa veriblər.


Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google