Tbilisidə kustar üsulla fəaliyyət göstərən narkotik laboratoriyası aşkarlanıb, Ukrayna vətəndaşı saxlanılıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri

polis tədbirləri nəticəsində kustar üsulla fəaliyyət göstərən narkotik laboratoriyası aşkarlayıb və narkotik cinayəti ittihamı ilə Ukrayna vətəndaşını saxlayıblar.

İstintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs sonradan satış məqsədilə müvəqqəti yaşadığı evdə qurduğu laboratoriyada müxtəlif kimyəvi maddələr və prekursorlardan istifadə edərək narkotik vasitələr hazırlayıb.

Hüquq-mühafizə orqanlarının
əməkdaşları saxlanılan şəxsin müvəqqəti yaşadığı evdə keçirilən axtarış zamanı maddi sübut kimi xüsusilə külli miqdarda – çəkisi 1,5 kiloqrama qədər olan “mefedron” və “alfa-PVP” narkotik vasitələrini götürüblər.


Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260-cı kvart maddələri ilə aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google